Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-321/2025 08.10.2025 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Barəsində inzibati xəta törətmiş şəxs X4, Protokol tərtib edən orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların istifadəsinə və X7 Xidməti 12 saylı X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, X4 İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların istifadəsinə və X7 Xidməti 12 saylı X2 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qax şəhəri, H.Əliyev pr. 25 sentyabr 2025-ci il tarixdə X5 məxsus «Ekonom» marketdə formalaşan tullantı suların yağış sularının ötürülməsi üçün mövcud olan beton üzlüklü kanalına təyinatsız axıdılmışdır. Məhkəmə iclasında protokol tərtib edən orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların istifadəsinə və X7 Xidməti 12 saylı X3 nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Qax şəhəri, H.Əliyev prospektində keçirilən nəzarət tədbirləri zamanı yağış sularının ötürülməsi üçün mövcud olan beton üzlüklü kanala Qax şəhəri, Ekonom marketdə formalaşan tullantı suların axıdılması faktı aşkarlanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izahatında göstərmişdir ki, o «Ekonom» marketin sahibidir. Sözü gedən tullantı sular kanala axıdılır. Bu tək onun marketində deyil yaxın ətrafdakı bütün marketlərin hətta həyət evlərinin məişət suları axıdılır. Qanunvericilikdə bu halın qadağan olmagından məlumatsız olmuşdur. Daha əvvəldən bu barədə xəbərdarlıq edilməmişdir. 22 sentyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların istifadəsinə və X7 Xidməti 12 saylı X3 nümayəndələri tərəfindən texniki və tullantı suların sözü gedən kanala su arxına axıdılması ilə bağlı protokol tərtib edilmişdir. Bu hərəkətinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.Törətdiyi əməldən peşmandır. İş materiallarına əlavə edilmiş sənədlər: İnzibati xəta haqqında materiallara əlavə edilmiş 25 sentyabr 2025-ci il tarixdə, MN ******* №li protokoldan görünür ki, X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında müəyyən edilmiş sübutlar, tərəflərin izahatları, iş üzrə müəyyən edilmiş hallarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi iş materialları ilə tam təsdiq edilir. İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə-fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəisinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə hesab edir ki, X1 Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsində göstərilən əməlin törədilməsində təqsirlidir və həmin maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X4 törətdiyi əməldən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə X4 əmlak vəziyyətini, törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlik dərəcəsini nəzərə alaraq, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 800 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №3(024)-321/2025
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-321/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver