Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-331/2024 16.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. Şəxs–xx.xx.1986-cı ildə Qax rayonu Çinarlı kəndində anadan olmuş, orta təhsilli, işləməyən, evli, deməsinə görə əlilliyi olmayan, il ərzində eyni inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməmiş, Azərbaycan Respublikası vətəndaşı, Qax rayonu Çinarlı kəndində qeydiyyatda olan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Şəki Rayon Məhkəməsinin e-2(075)-1650/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 3060 (üç min altmış) manat aliment borcunun zərərçəkmiş şəxs X2 xeyrinə ödənilməsindən yayınır. Bu barədə Qax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Yaşar Mahayev tərəfindən MN № ******* nömrəli, 16 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Yaşar Mahayev izahatında göstərmişdir ki, Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-1650/2023 saylı, 30 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 3060 (üç min altmış) manat aliment borcunun zərərçəkmiş şəxs X2 xeyrinə ödənilməsindən yayınır. Borclu şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün barəsində axtarış qərarı qəbul edilərək polis şöbəsinə göndərilmişdir. Hazırki vaxta kimi aliment pulundan hər hansı bir ödəniş olunmamışdır. Elektron icra informasiya sistemində borclunun adına qeyd edilmiş nömrələrin hər biri ilə əlaqə saxlanılmış, lakin borclu ilə əlaqə yaratmaq mümkün olmamışdır. Şəxs icra vərəqəsi üzrə tələbi bu günə qədər icra etmədiyi üçün tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, X6 ilə nikahlarının pozulduğunu, aliment borcunun olduğundan xəbəri olmamışdır. Hal-hazırda hər hansı məbləği ödəməyə imkanı yoxdur. Bakı şəhərində Müşfiqabad qəsəbəsində kirayədə yaşayır və fəhlə işləyir. Gələcəkdə aliment borcunu hissə-hissə ödəməyə çalışacaq. Məhkəmədən qeyd etdiyi halı nəzərə alaraq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş, araşdırılmış sənədlər: MN ******* №li, 16 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tələbin könüllü icrası haqqında 12 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, «tələbin könüllü icrası» barədə borcluya imza etdirilməklə məlumat verilmişdir. e-2(075)-1650/2023 №li, 30 noyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 30 may 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X4 verilməlidir. 12 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli çağırış vərəqəsindən görünür ki, Şəxs icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10:00-da Qax rayon icra və probasiya şöbəsində olması barədə çağırış göndərilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, tələbkar X6 tərəfindən borclu barəsində məcburi icra tədbirlərinin görülməsi üçün Qax rayon icra və probasiya şöbəsinə məktub ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Qax rayonu, Çinarlı kəndində qeydiyyatda olan X1 icra məmuru tərəfindən axtarışa verilmişdir. Qax RİHB-nın Qum kənd İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 06 saylı arayışdan görünür ki, Şəxs Qax rayonu, Çinarlı kəndində qeydiyyatda olmasına baxmayaraq Bakı şəhərində yaşayır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, inzibati materialdan görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlanılmış, borclunun qeydiyyatda olduğu yer üzrə ünvana məhkəmə bildirişi göndərilmişdir. Borclu məhkəmə zalında iki ilə yaxın müddətdir ki, Bakı şəhərində kirayədə yaşamasını, mobil telefon işlətməməsini bildirsə də, Bakı şəhərində kirayədə yaşamasına dair zəruri sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin Şəxs icra sənədindən məlumatsız olmasını, aliment tələbinə dair icra sənədinin olması barədə ümumiyyətlə məlumatının olmamasını məhkəmə məsuliyyətdən yaxa qurtarmaq, aliment ödəməkdən yayınmaq cəhdi kimi qiymət verir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dəyanət oğlunun törətdiyi əməldən peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir, onun əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini, bunun isə zərərçəkmiş şəxsin manefiyinə toxunmasını, aliment borcu məbləğinin 3060 (üç min altmış) manat olmasını, hazırki vaxtadək aliment pulundan heç bir ödəniş etməməsini və iş üzrə olan digər halları nəzərə alaraq Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından-apellyasiya instansiyası məhkəməsinə; kollegial orqanın qərarından-kollegial orqanın olduğu yerin məhkəməsinə; səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 106, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh növü tətbiq edilsin. Şəxs məhkəmə zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı tarixdən, yəni xx.xx.2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №3(024)-331/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-331/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver