Məhkəmə qərarları › İş №3(024)-333/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №3(024)-333/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 3(024)-333/2024 18.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN № ******* №li, 18 noyabr 2024-cü il tarixli qərarından şikayətə baxaraq müəyyənetdi: 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN №1785722 №li, 18 noyabr 2024-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət olunaraq, qərarın ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN №1785722№li, 18 noyabr 2024-cü il tarixli qərarından görünür ki, S.M.Hacıyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəisinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ərizə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, ərizədə cavabdeh A.E.Süleymanov kimi göstərilir, bu da qanunsericiliyin tələblərinə ziddir. Çünki qərarından şikayət verilən şəxs göstərilməlidir. Şikayətin kim tərəfindən verildiyi məlum deyildir. Ərizə əsaslandırılmamış, ərizədə heç bir maddi və prosessual hüquq normasına istinad edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb, 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN №1785722 №li, 18 noyabr 2024-cü il tarixli qərarından şikayət materialları baxılmadan geri qaytarılmalıdır. Bu səbəbdən Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN №1785722 №li, 18 noyabr 2024-cü il tarixli qərarından şikayət materialları baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar