Məhkəmə qərarları › İş №3(024)-334/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-334/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-334/2023 10.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 Baqratoviçin iştirakı ilə. Şəxs-FİN-xxxxxxx, xx.xx.1967-ci ildə Qax rayonu Qax İngiloy kəndində anadan olmuş, Qax rayonu Qaxbaş kəndində qeydiyyatda olan və yaşayan, Onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində Qax şəhəri, H.Əliyev prospektində özünə məxsus olan iribuynuzlu mal-qaranı yolda nəzarətsiz qoymuş və nəticədə qəflətən Zərərçəkmiş şəxs Əhmədiyyə oğlunun idarə etdiyi “VAZ 21154” minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxmış, nəticədə iribuynuzlu mal avtomaşına dəyərək həmin avtomaşının sahibinə maddi zərər vurmuşdur. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə ona məxsus iribuynuzlu mallar otlaqdan geri qayıtmamış, bu səbəbdən o malları axtarmaq üçün dağlıq əraziyə getmişdir. Axşam saatlarında ona məxsus malı avtomobilin vurduğu müəyyən olmuşdur. Onun malı hadisə nəticəsində ölmüş və ona maddi ziyan dəymişdir. Özünü təqsirləndirildiyi maddə ilə günahkar hesab etmir. Məhkəmədən ona kömək etməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “VAZ 21154” minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomaşına 615 manat ehtiyyat hissələri və 600 manat xidmət xərci olmaqla, ümumilikdə 1215 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun il ərzində ilk dəfə inzibati xəta törətməsini işdə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,115,117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100(yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar