Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-338/2023 03.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1986-cı ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, Qax rayonu, Qax İngiloy kəndində yaşayan. Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X8 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)-372/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Qax Rayon Məhkəməsinin 2(024)-125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Qax Rayon Məhkəməsinin 2(024)-611/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X8 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-372/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 40030 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclular Şəxs 3500 manat pul alınaraq tələbkar X1 verilməlidir. X2 40 manat məbləğində pul alınaraq tələbkar X1 verilməlidir. Borclular Şəxs və X3 birgə qaydada 30 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X1 verilməldir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-611/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Şöhrab oğlundan cəmi 891.28 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borcluya icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş və qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin bütün bunlara baxmayaraq borclu tərəfindən keçən müddət ərzində tələbin icrası təmin olunmamışdır. İcra sənədlərinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakının, banklarda pul vəsaitləri və ya başqa sərvətlərin olub- olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borclulara məxsus banklarda pul vəsaiti və ya başqa sərvətlərin, tələbin yönəldiləsi əmlak və gəlirləri aşkar edilməmişdir. Şöbəyə verdiyi izahatında borclu hal hazırda hal-hazırda işsiz olduğunu qeyd olunun borcu tam ödəmək imkanın olmadığını Qax Rayon Məhkəməsinin 2(024)- 372/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 400 manat, Qax Rayon Məhkəməsinin 2(024)-125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə isə 100 manat, Qax Rayon Məhkəməsinin 2(024)-611/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 50 manat pulun xx.xx.2023-cü il tarixədək ödəniş edib qəbzini şöbəyə təqdim edəcəyini izahatında bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs barəsində qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax rayon Məhkəməsinin müvafiq icra sənədlərini maddi imklanı olmadığı üçün icra edə bilmir. Hazırda tələbkarlarla aralarında razılıq əldə etmişdir. Ona möhlət verilərsə tələbkarlara olan borcundan ödənişlər edəcəyini, səhhəti yaxşı olmadığını bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114,115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 500(beş yüz) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-338/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-338/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver