Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-339/2023 03.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 iştirakları ilə. xx.xx.1985-ci ildə Qax rayon Tasmalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Tasmalı kəndində yaşayan, FİN- xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Qax rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 03 oktyabr 2023-cü il tarixli MN 1894827/933 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə münaqişə zəmnində X2 döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə münaqişə zəmnində X2 döyərək ona qəsdən fiziki ağrı yetirmişdir Araşdırma nəticəsində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Qax RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Şəxs haqqında 03 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN 1894827/933 saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, zərərçəkmiş şəxs X4 onun arvadıdır. 22 sentyabr 2023-cü il tarixdə evdə olarkən Şəhla ilə aralarında mübahisə yaranmış, əsəbiləşdiyi üçün Şəhlanı döymüşdür. X6 üzr istəmiş və onunla barışmışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs Şəhla Ramazanovadan üzr istəməsini və zərərçəkmiş şəxsin onunla barışmasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edərək göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, Şəxs onun əridir. 22 sentyabr 2023-cü il tarixdə evdə olarkən Muradla aralarında mübahisə yaranmış, Murad onun sağ qolundan yumruqla bir dəfə vurmuş, boğazından tutub sıxmış, başından bir dəfə yumruqla vurmuş və bir-neçə dəfə təpiklə sağ və sol ayağına vurmuşdur. Hal-hazırda Şəxs ondan üzr istəmiş, onlar barışmışlar. Şəxsla barışmasını, onun təqsirindən keçdiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Onların barışmalarını nəzərə alaraq X7 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 ilə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 məhkəməyə ərizələr təqdim edərək barışmışlar və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 barışdığından onun barəsində Qax RPŞ-nin İTBnin sahə rəisi, polis kapitanı X5 tərəfindən xx.xx.2023-cü il tarixli MN MN 1894827/933 saylı protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən 04 iyul 2023-cü il tarixli MN 1894827/933 saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-339/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-339/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver