Məhkəmə qərarları › İş №3(024)-34/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-34/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-34/2024 06.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X10, X13 Şəki-Zaqatala Regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X10 X13 Şəki- Zaqatala Regional şöbəsinin İnzibati xəta haqqında MN ******* saylı 05 fevral 2024cü il tarixli qərarından verdiyi şikayət ərizəsinə məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 X19- Zaqatala Regional şöbəsinin İnzibati tənbeh vermə haqqında MN ******* saylı 13 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və barəsində tətbiq olunan inzibati cərimənin İXM-nin 22.1.1, 24, 32.1.1, 32.1.3 və 32.1.7-ci maddələrinə müvafiq olaraq xəbərdarlıqla əvəz olunmasını xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X20 şikayətində göstərmişdir ki, 2021-ci ilin iyun ayından etibarən Qax şəhər 4 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində çalışır. İşə yeni başladığı dövrdə uşaq bağçalarının pedoqoji kadr sənədlərinin aparılması Rayon Təhsil Şöbələrinin rəhbərliyi ilə bağça müdirləri tərəfindən, əmək, məzuniyyət haqları və digər maliyyələşmə işləri isə, yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilirdi. 2021-ci ilin əvvəlindən etibarən maliyyələşmə Regional Təhsil İdarələrinə həvalə olundu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 6 saylı bəndində tərbiyəçi (Pedaqoji stajından asılı olmayaraq ali qeyri-ixtisas 10 müəyyən edilmişdir) həmin dövrdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin maliyyə sektoru tərəfindən tabelikdə olan bütün qurumlarda, o cümlədən uşaq bağçalarında çalışan əməkdaşların əmək haqlarının Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X29 Sorğu Kitabçasına uyğunlaşdırılması barədə tapşırıq verilmişdir. Həmin tapşırığa əsasən Qax şəhər 4 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2023-cü il tarixli əmri ilə bir neçə işçinin, o cümlədən qeyri-ixtisas təhsilli X5 əmək haqları aşağı salınmışdır. Nərmin Şamxalovanın müraciəti əsasında X21 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi araşdırma aparmış və onun barəsində 29 yanvar 2024-cü il tarixli ******* nömrəli protokol yazılmışdır. Həmin protokol əsasında 5 fevral 2024cü il tarixdə işə baxılmış və İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 1000 manat cərimə olunmuşdur. Əmək fəaliyyəti dövründə hər zaman əmək qanunvericiliyi və fəaliyyətimə aid olan Azərbaycan Respublikasının bütün normativ-hüquqi aktlarına əməl etməyə çalışmış, heç vaxt inzibati məsuliyyətə cəlb olunmamışdır. Barəsində müəssisə daxili intizam tədbiri tətbiq olunmayıb. Törədilən inzibati xəta onun məsuliyyətsizliyindən deyil, yuxarıda qeyd etdiyi kimi ondan asılı olmayan səbəbdən baş vermişdir. Amma, hər nə səbəbdən olursa olsun, xətanın törədilməsinə görə çox təəssüflənir. Əlavə olaraq bildirir ki, inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol vermiş vəzifəli şəxslərə şamil olunur. Belə ki, rəhbərlik etdiyi müəssisədə bütün işçilərin əmək və məzuniyyət haqları Şəki-Zaqatala Regional Təhsil İdarəsinin maliyyə sektoru tərəfindən həyata keçirilir. Bu halda protokolun tərtib olunması zamanı İnzibati Xətalar Məcəlləsinin 75.0.2-ci və 75.0.3-cü maddələrinin şərtləri pozulmuşdur. Qeyd olunan fakt, yəni inzibati xətanın törədilməsində onun məsuliyyətinin olmaması DƏMX-nin Şəki-Zaqatala refional şöbəsinin Şəki-Zaqatala RTİ-nə ünvanlanmış 05 fevral 2024-cü il tarixli, 3-17-5/2-6342/2024 nömrəli məktubu ilə bir daha təsdiqlənir. Belə ki, inzibati cəriməni tətbiq edən orqan (DƏMX-nin ŞZRŞ) öz məktubu ilə işçilərin əmək haqlarının hesablanmasının və ödənilməsi səlahiyyətinin Şəki- Zaqatala Regional Təhsil idarəsinin üzərində olduğunu qəbul edir, pozuntunun aradan qaldırılması və nəticəsi barədə məlumat verilməsini xahiş edir. Bundan başqa, bildirmək istəyir ki, onun aylıq əmək haqqı 460 manatdır, iki uşaq anasıdır. Onun və həyat yoldaşının əmək haqları ailənin xərclərini ancaq qarşılayır. Tətbiq olunan inzibati cərimə (1000 manat) onun üçün ağır maddi yükdür. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, DƏMX-nin məktubuna əsasən Şəki- Zaqatala Regional Təhsil İdarəsindən Nərmin Samxalovanın əmək haqqının yenidən 11-ci dərəcə ilə ödənilməsi barədə şifahi tapşırıq verilmişdir. Məhkəmədən xahiş edir ki, barəsində tərtib edilmiş 05 fevral 2024-cü il tarixli MN№ ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və barəsində tətbiq olunan inzibati cərimənin İXM-nin 22.1.1, 24, 32.1.1, 32.1.3 və 32.1.7-ci maddələrinə müvafiq olaraq xəbərdarlıqla əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X20 şikayətində göstərdiklərinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, 2023-cü ilin aprel ayında Nazirlər Kabinetinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən qeyri-ixtisas müəllimlərinin dərəcələrini aşağı salınmasını demişlər. Eləcə də müdiri olduğu baxcada da. Şəki-Zaqatala Regional Təhsil idarəsindən əmr gəlmişdir. O da əmrə əsasən bunu icra etmişdir. Əmrdə onun imzası və möhürü olmuşdur. O bunu Nazirlər Kabinetinin qərarına əsasən etmişdir. O bunu özbaşına etməmişdir. Bu Nazirlər Kabinetinin qərarına əsasən verilən göstərişdir. O, müəssisə rəhbəri olsa da, ona əmr verilmiş, o da icra etmişdir. Şikayətinin təmin edilməsini xahiş etdi. X13 Şəki-Zaqatala Regional şöbəsi tərəfindən verilən etirazda göstərilmişdir ki, X11 əmək hüquqlarının pozulması ilə bağlı X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə müraciət etmişdir. Həmin müraciətdə X5 2013-cü ildən Qax şəhər 4 saylı uşaq bağçasında tərbiyəçi vəzifəsində işlədiyi 2023-cü il tarixədək əməyinin 11-ci dərəcə ilə ödənildiyi, 2023-cü ilin aprel ayından Qax şəhər 4 saylı uşaq bağçasının müdiri X10 əmri ilə əməyin ödəniş dərəcəsinin qanunsuz olaraq 10 dərəcəyə salındığı qeyd edilmişdir Daxil olmuş müraciətin araşdırılması ilə bağlı Şəki-Zaqatala regional Təhsil İdarəsinə X6 aid kadr sənədlərinin təqdim edilməsi ilə bağlı məktub ünvanlanmışdır. Şəki-Zaqatala regional Təhsil İdarəsindən daxil olmuş X6 aid kadr sənədlərinə baxış keçirilərkən N.Şamxalovanın 01 07.2013-cü il tarixdən Qax şəhər 4 saylı uşaq bağçasında tərbiyəçi vəzifəsinə təyin edildiyi məlum olmuşdur. Təqdim edilmiş sənədlərdə Qax şəhər 4 saylı uşaq bağçasının müdiri X8 xx.xx.2023-cü il tarixli, 01 nömrəli əmri ilə Nərmin Şamxalova tutduğu vəzifə yəni tərbiyəçi vəzifəsi üzrə təhsili qeyri-ixtisas olduğu uçün əməyin ödəniş dərəcəsi 11-ci dərəcədən 10-cu dərəcəyə salındığı qeyd edilmişdir. Nərmin Şamxalova araşdırmaya təqdim etdiyi yazılı izahatında 2023-cü ilin aprel ayında onunla bağlanmış əmək müqaviləsinə razılığı olmadan dəyişiklik edilərək ixtisas dərəcəsinin heç bır əsas olmadan 11-ci dərəcədən 10-cu dərəcəyə salındığını qeyd etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Qeyd edilən hal üzrə N.Şamxalova ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən birtərəfli qaydada dəyişiklik edildiyindən Qax şəhər 4 saylı uşaq bağçasının müdiri X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tərəfindən inzibati məsuliyyətə cəlb edilməklə barəsində xx.xx.2024-cü il tarixli, MN1291257 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir X9 əməyinin ödəniş dərəcəsinin aşağı salınması ilə bağlı müvafiq əmrin ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən bugünədək olan müddətdə N.Şamxalovaya əmək haqqının qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanaraq ödənilməsi ilə bağlı Şəki-Zaqatala regional Təhsil İdarəsinə göstəriş məktubu göndərilmişdir. Qax şəhər 4 saylı Uşaq Bağçasının müdiri X10 DƏMX-nin Şəki-Zaqatala regional şöbəsi tərəfindən barəsində tərtib etdiyi 05 02.2024-cü il tarixli, MN1291257 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti əsassızdır. X20 tərəfindən Qax rayon Məhkəməsinə ünvanlanmış müraciətdə qeyd olunan xətanın törədilməsini etiraf etmiş, lakin həmin xətanın onun nöqsanı olmadığını qeyd etmişdir. Belə ki, X2 Nərmin Hikmət qızının əməyinin ödəniş dərəcəsinin aşağı salınması ilə bağlı əmrin Şəki-Zaqatala regional Təhsil İdarəsi tərəfindən verildiyini qeyd etmişdir. X1 əməyinin ödəniş dərəcəsinin aşağı salınması ilə bağlı müvafiq əmr X20 tərəfindən tərtib edilmiş, onun imzası və möhürü ilə təsdiq edilmişdir. Məlumat uçün bildirir ki, X20 bağça müdiri olaraq işəgöturmə səlahiyyəti verilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci və 12-ci maddələrinə uyğun hüquq və vəzifələr daşıyır. Bu səbəbdən də Qax şəhər 4 saylı uşaq bağçasında işə götürülmüş işçilərlə bağlanmış yazılı əmək müqaviləsi X20 ilə bağlanaraq Əmək və Məşğulluq altsisteminə ona məxsus imza ilə daxıl edilir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən X10 şikayətinin təmin edilməməsi, İ Bilalova barəsində DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN1291257 nömrəli inzibatı tənbeh vermə haqqında qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında X13 Şəki-Zaqatala Regional şöbəsinin tərəfindən verilən etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək göstərdi ki, X11 ərizə ilə X15 müraciət edərək 2023-cü ilin aprel ayında ixtisas dərəcəsi aşağı salınmış və bu da əmək haqqında xeyli fərq etmişdir. Əmək haqqı aşağı ixtisas dərəcəsi ilə ödənilir. Onlar həmin müraciət əsasında araşdırma aparmış və araşdırma əsasında müəyyən olnumuşdur ki, X11 ilə bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq birtərəfli qaydada dəyişiklik edilmişdir. Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin qarşılıqlı razılığı əsasında edilir. İlahə Bilalova qeyd edir ki, Nazirlər kabinetinin qərarı, həmin qərarın adı, vahid tarif sorğu ixtisas kitabçasıdır. Vahid tarif sorğu ixtisas kitabçası təhsil sahəsində hansı ali təhsilə, hansı staja malik olan şəxslərə hansı ixtisas dərəcəsinin verilməsini müəyyən edir. Yəni bu adamın təhsili ya ali ya da orta ixtisasdır. Yəni stajı nə qədərdir, hansı dərəcə ilə ödənilməlidir. X11 tərbiyəçi işlədiyi üçün ona 8-dən 14-ə qədər ödənilə bilər. Nərmin Şamxalova 2013-cü ildən işləyir və həmin ildən 11-ci dərəcə ilə əmək haqqı alır. İlahə Bilalovanın qeyd etdiyi əmr möhür və onun imzası ilə imzalanmışdır. İlahə Bilalova şikayət ərizəsində təqsirini etiraf edir. Təqsirin mahiyyəti ondan ibarətdir ki, deyir ki, rəhbərlik əmr veribdir. Lakin rəhbərlik əmr verməmiş, şifahi göstəriş vermişdir ki, müvafiq şəxslərin dərəcəsi aşağı salınsın. Şəki Regional təhsil idarəsi qanunsuz göstəriş vermişdir. Vahid Tarif sorğu ixtisas kitabçası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Əmək Məcəlləsi daha üstün qüvvəyə malik olan normativ hüquqi aktdır. X30 Məcəlləsinin 46-cı maddəsinin tələblərini pozaraq işçi ilə aralarında bağlanmış müqaviləyə birtərəfli dəyişiklik etmiş, nəticədə Nərmin Şamxalova aşağı əmək haqqı almışdır. Bu səbəbdən də İlahə Bilalova inzibati məsuliyyətə cəlb edilmişdir. Araşdırma dövründə İlahə Bilalovaya sual vermişlər ki o bağça müdiridir və dövlət ona işə götürmə səlahiyyəti vermişdir və Əmək Məcəlləsinin 12-ci maddəsi işə götürənin hüquq və vəzifələrini müəyyən edir. Araşdırma zamanı Araz müəllim adlı şəxsin adı hallanmışdır. Əgər Araz müəllim göstəriş versə ki, Nərmin Şamxalovanı işdən çıxartsın, onu işdən çıxarmalıdırmı?. İlahə Bilalova bu suala cavab verə bilməmişdir. Əslində sualın cavabı odur ki, Araz müəllim ona qeyri-qanuni göstəriş verə bilməz. Dövlət bağça müdirlərinə işə götürmək səlahiyyəti vermişdir. Regional Mərkəz isə ümumi rəhbərlik edir. Tərbiyəçilərin müqaviləsindən işə götürənin bağca müdiri olması aydın olur. Əmək müqavilələri elektron sistemə daxil olunduqdan sonra qüvvəyə minir. Həmin müqavilələr İlahə Bilalovanın imzası ilə daxil edilir. Məhkəmədən X12 şikayətinin təmin edilməməsini və DƏMX-nin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN1291257 nömrəli inzibatı tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə əlavə edilmiş X13 Şəki-Zaqatala Regional şöbəsinin müfəttişi X7 tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X20 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.6-cı maddəsinin tələblərini pozduğu üçün o Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş X13 Şəki-Zaqatala Regional şöbəsinin rəisi X17 İnzibati tənbeh vermə haqqında 05.02 2024-cü il tarixli, MN1291257 nömrəli qərarından görünür ki, X2 Nərmin Hikmət qızı ilə aralarında bağlanımş əmək müqaviləsinə birtərəfli dəyişiklik etdiyinə görə Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 1000 manat miqdarında inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsi (kontrakt)ndan görünür ki, həmin müqavilə işəgötürən X20 ilə işçi X11 arasında müddətsiz bağlanmışdır. İşə əlavə edilmiş X20 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, X11 qeyri-ixtisas təhsilli olduğu üçün onun əmək haqqı VTC-nə uyğun 10 dərəcə ilə hesablanılması əmr edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək haqqı müqaviləsi bildirişindən görünür ki, X20 tərəfindən X11 ilə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək onun əmək haqqı aşağı salınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, İşə əlavə edilmiş X13 Şəki-Zaqatala Regional şöbəsinin rəisi X17 İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN1291257 nömrəli qərarından görünür ki, X2 Nərmin Hikmət qızı ilə aralarında bağlanılmış əmək müqaviləsinə birtərəfli dəyişiklik etdiyinə görə, Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 1000 manat miqdarında inzibati cərimə edilmişdir. İlahə Bilalova hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında X13 Şəki-Zaqatala Regional şöbəsinin rəisi X17 İnzibati tənbeh vermə haqqında həmin qərarından narazı olduğunu qeyd etmiş, öz narazılığının səbəbini X5 əməyinin ödəniş dərəcəsinin aşağı salınması ilə bağlı göstərişin Şəki-Zaqatala regional Təhsil İdarəsi tərəfindən verildiyini qeyd etmişdir. X25 bu göstərişləri özündən asılı olmayan səbəblərdən icra etməsi məsuliyyətdən azad edilməsi üçün əsas deyildir. İş materiallaırnda olan X5 əməyinin ödəniş dərəcəsinin aşağı salınması ilə bağlı əmrindən görünür ki, həmin əmr onun tərəfindən tərtib edilmiş, onun imzası və möhürü ilə təsdiq edilmişdir. Beləliklə müəyyən olunur ki, İlahə Bilalova işçini işə götürmə səlahiyyətinə malik olan şəxsdir və Əmək Məcəlləsinin tələblərinə görə işçinin əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik etməklə qanun pozuntusuna yol vermişdir. Əmək qanunverciliyinin tələblərinə görə Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Lakin buna baxmayaraq İlahə Bilalova tərəfindən Nərmin Şamxalova ilə aralarında bağlanmış əmək müqviləsinə birtərəfli qaydada dəyişiklik edilmiş və əmək haqqının VTC-nə uyğun olaraq aşağı dərəcəyə salınması barədə əmr verərək imzalamışdır. Eyni zamanda İlahə Bilalovanın şikayətindən və məhkəmə iclasında verdiyi izahatından da bəlli olur ki, o törətdiyi inzibati xətanı etiraf edir hüquq pozuntusu törətməsinin səbəbini isə rəhbərlik tərəfindən ona verilən göstərişə əsasən etməsi ilə əsaslandırır. Belə ki, İlahə Bilalovanın şikayətinin “xahiş edirəm” hissəsində barəsində 1000 manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək xəbərdarlıq edilməsini xahiş etməsi onun törətdiyi inzibati xətanı etiraf etməsinə dəlalət edir. İlahə Bilalovanın İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun izahatı, işdə olan əsaslı və mötəbər sübutlar, işin faktiki halları ilə sübuta yetirilir. Lakin məhkəmə İlahə Bilalovaya təyin edilən inzibati cərimənin məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinin sanksiyasında işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görəvəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulduğu halda X13 Şəki-Zaqatala Regional şöbəsi tərəfindən İlahə Bilalova yuxarıda qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yəni 700 manat deyil, 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda məhkəmə İlahə Bilalovanın barəsində 1000 manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək xəbərdarlıq edilməsi barədə xahişi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 23.1-ci maddəsinə əsasən xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən isə xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Azərbaycan Respublikasının İXM-nin X10 təqsirləndirildiyi İXM-nin 192.4-cü maddəsində isə xəbərdarlıq inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X13 Şəki-Zaqatala Regional şöbəsinin rəisi X17 X10 barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında MN ******* saylı 05 fevral 2024-cü il tarixli qərarı dəyişdirilməli, İlahə Bilalova Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib yeddi yüz manat məbləğində inzibati cərimə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130-134, 135.1.6, maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: X10 X13 Şəki-Zaqatala Regional şöbəsinin rəisi X17 inzibati xəta haqqında MN ******* saylı 05 fevral 2024-cü il tarixli qərarından verdiyi şikayət qismən təmin edilsin. X13 Şəki-Zaqatala Regional şöbəsinin rəisi X17 X10 barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında MN ******* saylı 05 fevral 2024-cü il tarixli qərarı dəyişdirilsin. X20 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib yeddi yüz manat məbləğində inzibati cərimə olunsun. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar