Məhkəmə qərarları › İş №3(024)-349/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-349/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-349/2023 12.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə. FİN- xxxxxxx, xx.xx.1963-cü ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qax rayonu, Ləkit kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Qax rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə gəlini Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı çənə nahiyyəsindən yumruqla vurmaqla ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023cü il tarixdə gəlini Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı yumruqla çənə nahiyyəsindən vurmaqla ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Araşdırma nəticəsində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Qax RPŞnin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Şəxs haqqında 12 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN 1894881/953 saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir. xx.xx.2023-cü il tarixdə onlar arasında mübahisə olmuşdur. Mübahisə zamanı gəlini Fidan və qardaşı Xəyal onu vurmuşdur. O onunla sözlə mübahisə etmiş lakin vurmamışdır . Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs ilə aralarında mübahisə olmuş, mübahisə zamanı qaynatası Hacı onu yumruqla çənə nahiyyəsindən vurmuşdur. Barəsində tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş material üzrə verilmiş məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi təcrübi və tədris birliyinin 128 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs olan xəsarətlər xx.xx.2023-cü il tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərşəkmiş şəxsin izahatları və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İşdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bütün bunları nəzərə alaraq məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi sanksiyası daxilində inzibati qaydada cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 114, 115, 117-ci maddələrini rəhbər tutub, məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10(on) gün müddətinə Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar