Məhkəmə qərarları › İş №3(024)-351/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-351/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-351/2023 12.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1984-cü ildə Abşeron rayonu Xırdalan Qəsəbəsində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qax rayonu Zəyəm kəndində qeydiyyatda olan. Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)- 259/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-259/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün borclu Şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. Borclu Şəxs 60.80 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədi üzrə borclu xx.xx.2023-cü il tarixdə Qax rayon İcra və probaisya şöbəsinə iltizam verərək yaranmış 1050 manat aliment borcunun 500 manatını 15 iyun 2023-cü il tarixədək ödəyəcəyini bildirmişdir. Lakin keçən müddət ərzində borclu tərəfindən icra sənədi üzrə yaranmış aliment borcundan 250 manat aliment pulunun ödənilməsini təmin etmişdir. Borclu xx.xx.2023-cü il tarixdə Qax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən olduğu yer müəyyən olunaraq Qax rayon İcra və probasiya şöbəsinə gətirilmişdir. Tərəfindən borcluya barəsində olan məhkəmə qərarları, onların icrasının məcburiliyi, bununla bağlı məsuliyyəti onun diqqətinə çatdırılmışdır. Borclu izahatında 2130 manat aliment borcunun 400 manatını 4-5 günə ödəyə biləcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-259/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X2 2130 manat borcunu maddi imkanı olmadığı üçün ödəyə bilmir. Belə ki, hazırda heç bir yerdə işləmir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-259/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X4 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün borclu Şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. İş materiallarında olan icra məmurunun xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Şəxs Qax Rayon Məhkəməsinin 2(024)-259/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan icra məmurunun “SMS bildirişi” göndərilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Şəxs növbəti iş günü Qax rayon İcra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. İş materiallarında olan icra məmurunun xx.xx.2023-cü il tarixli “borclunun axtarılması haqqında” qərarından görünür ki, Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində axtarış elan edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Şəxs icra məmurunun çağırışlarına məhəl qoymamış, Qax rayon İcra və probasiya Şöbəsinə axtarışla gətirilmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114,115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı xx.xx.2023cü il tarixdən saat 11:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar