Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-352/2023 25.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 29 sentyabr 2023-cü il tarixli EP № ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2023cü il tarixli, 6-1-26/2-5270/2023 saylı məktubu ilə tələb edilən sənədi (2022-ci ilə dair emitentik illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Ona görə də Şəxs ASC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayədəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs ASC-yə göndərdiyi xx.xx.2023-cü il tarixli 6-1-26/2-5270/2023 saylı mətubdan göünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına 2022-ci ilə dair emitentin illik hesabatını 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi Mərkəzi Banka təqdim edilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilə biləcəyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə iş materialları ilə tam sübuta yetirilmişdir. İşdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və o, Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin sanksiyası daxilində cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115 117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinib 1500(min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-352/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-352/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver