Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-356/2023 16.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə. xx.xx.1987-ci ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Lələli kəndində yaşayan, FİN- xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Qax şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə idarə etdiyi Vaz 21011 markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla idarəetməni itirib qarşıdan gedən VAZ 21099 markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını arxadan vuraraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X6 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Qax şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə idarə etdiyi Vaz 21011 markalı **-BG- *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla idarəetməni itirib qarşıdan gedən VAZ 21099 markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını arxadan vuraraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Ona görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Qax şəhəri, H.Əliyev prospektində sərxoş vəziyyətdə idarə etdiyi Vaz 21011 markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla ara məsafəsi saxlamadan qarşıdan gedən VAZ 21099 markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını arxadan vuraraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt sərxoş vəziyyətdə olduğundan hadisə törətmişdir. O hərəkətindən peşman olmasını göstərərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona maddi ziyan dəymişdir. Avtomobili deformasiyaya uğramışdır. Şəxs ona dəymiş ziyanı tələb edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün səmimi etirafı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmədə işə baxılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur”. Belə olan halda hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 53.0.2, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleymanov X4 Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla ona on beş gün müddətinə inzibati həbs tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı tarixdən yəni xx.xx.2023-cü il tarixdə saat 12:00-dan hesablansın. Qərarın surəti inzibati xəta törətmiş şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-356/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-356/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver