Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-357/2023 16.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1962-ci ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan,Qax rayonu, Əmircan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)- 697/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)- 697/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2150 manat pul və ödənilmiş 42 manat dövlət rüsumu cəmi 2192 manat məbləğində pul alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Borcluya icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş və qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin bütün bunlara baxmayaraq borclu tərəfindən keçən müddət ərzində tələbin icrası təmin olunmamışdır. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakının, banklarda pul vəsaitləri və ya başqa sərvətlərin olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borclunun adına hər hansı əmlak, banklarda pul vəsaiti və ya başqa sərvətlərin olmadığı müəyyən edilmişdir. Şöbəyə xx.xx.2023-cü il tarixdə verdiyi izahatında borclu Şəxs qeyd olunan borcun 300 manatını xx.xx.2023-cü il tarixə qalan borcu isə 2023-cü ilin sentyabr ayın sonuna kimi ödəniş edib qəbzini şöbəyə təqdim edəcəyinizi bildirmişdir. Növbəti Şöbəyə xx.xx.2023-cü il tarixdə verdiyi izahatında borclu Şəxs qeyd olunan borcun ***-**** manatını xx.xx.2023-cü il tarixə qalan borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin keçən müddət ərzində borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə verdiyi izahatında hal-hazırda icra sənədi üzrə qeyd olunan borcu tam ödəmək imkan olmadığını, qeyd olunan borcu fındıq bağı satıldıqdan sonra ödəyəcəyini izahatında göstərmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-697/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 2150 manat pul və ödənilmiş 42 manat dövlət rüsumu cəmi 2192 manat məbləğində pul alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. Hazırda həmin icra sənədi üzrə tələbkara olan borcunu maddi imkanı və işi olmadığı üçün ödəyə bilməmişdir. Göstərdiklərini nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, özünün və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada həbs tətbiq edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114,115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona on gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı xx.xx.2023cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-357/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-357/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver