Məhkəmə qərarları › İş №3(024)-358/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-358/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-358/2023 18.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə. xx.xx.1986-cı ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİİ qrup əlil, orta təhsilli, evli, Qax şəhəri, İ.Mustafayev küçəsi 150, mənzil 2-də yaşayan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şəxs xx.xx.2023-cü il tarixdə X3 yaşadığı evin qarşısında sərxoş vəziyyətdə R.Qadaşovanın ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xuliqanlıq hərəkətləri etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə X3 yaşadığı evin qarşısında sərxoş vəziyyətdə R.Qadaşovanın ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xuliqanlıq hərəkətləri etmişdir. Daha sonra Şəxs polis əməkdaşları tərəfindən Qax rayon Polis Şöbəsinə dəvət edilmiş və onun barəsində raport tərtib edilərək şöbə rəhbərliyinə təqdim edilmişdir. Araşdırma nəticəsində Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində 18 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN 1894938-988 saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə hazırda ayrı yaşadıqları arvadı X3 yaşadığı evə getmiş, onu öz yaşadığı evə aparmaq, onunla barışmaq istəmişdir. Həmin vaxt aralarında mübahisə olmuşdur. Sərxoş və əsəbi olduğu üçün ona söyüşlər söymüşdür. Sərxoş olduğu üçün belə hərəkətlər etmişdir. Hərəkətindən peşmandır. Cərimə olunacağı təqdirdə dərhal cəriməni ödəyəcəkdir. Məhkəmədən köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Şəxs onun əri olmuşdur. Aralarında olan anlaşılmazlıqlara görə hazırda ayrılmışlar və ayrı yaşayırlar. xx.xx.2023-cü il tarixdə Elnur onun yaşadığı mənzilə gələrək onu öz evinə aparmaq istəmişdir. Bu zaman aralarında mübahisə olmuş və Elnur onu söyüb təhqir etmişdir. Hazırda Elnurun təqsirindən keçir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatları ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmədə işə baxılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən “Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası daxilində təqsirli bilinib həmin maddənin sanksiyası daxilində inzibati qaydada cərimə olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115, 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50(əlli) manat məbləğində cərimə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar