Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-369/2023 06.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X1 V tağım YPX-nin inspektoru polis serjantı X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X3 V tağım YPX-nin inspektoru polis serjantı X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, inzibati xəta haqqında qərar qəbul edən şəxs V tağım YPX-nin inspektoru polis serjantı X4 və qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə V tağım YPX-nin inspektoru polis serjantı X4 və qərardan şikayət vermiş şəxs X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayətində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şəki-Qax yolunun 29-cu km-də Yol Patrul Xidmətinin inspektoru X4 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qanunsuz olaraq saxladaraq Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən barəsində qanunsuz tərtib edilmiş qərarın əsassız sayılması üçün baxılmasına aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı İnzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarında olan inzibati xəta hadisəsinin törədilməsini əks etdirən elektron daşıyıcı “CD” diskə baxış keçirilən zaman müəyyən edildi ki, YPX-nin inspektoru Zaur Əliəkbərova yaxınlaşıb özünü təqdim etdikdən sonra ondan nə üçün yol hərəkəti qaydalarını pozduğunu soruşduqda Zaur Əliəkbərov tələsdiyini bildirmişdir. YPX inspektoru isə 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozduğu üçün barəsində İXM-nin 327.2-ci maddəsi ilə 80 manat cərimə edilməsi barədə qərar qəbul ediləcəyini bildirmişdir. Beləliklə də Zaur Əliəkbərovun İXM-nin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, Zaur Əliəkbərovun Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işin faktiki halları, işdə olan elektron daşıyıcı “CD” disk və digər sübutlarla təsdiq edilmişdir. Belə ki, Zaur Əliəkbərov şikayət ərizəsində barəsində qanunsuz tərtib edilmiş qərarın əsassız sayılmasını xahiş etsə də, iş materiallarına əlavə edilmiş “CD” diskdə əks olunan videgörüntüdən də görünür ki, o inzibati xəta törətməsini mübahisələndirmir, əksinə tələsdiyi üçün inzibati xəta törətdiyini YPX inspektoruna bildirir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X1 şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134.1.1, 136, 137-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şikayət təmin edilməsin. V tağım YPX-nin inspektoru, polis serjantı X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-369/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-369/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver