Məhkəmə qərarları › İş №3(024)-370/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-370/2023

29.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-370/2023 29.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin BDYPBnin Yol patrul xidməti inspektoru polis baş serjanti X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs –xx.xx.2003-cü ildə Qax rayonu Qazmalar kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Qax rayonu Qazmalar kəndində qeydiyyatda olan, FİN-xxxxxxx Onun barəsində Azərbaycan Respublikası DİN Qax RPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs haqqında Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tərtib edilmiş 29 oktyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, həmin inzibati material məhkəmədə 3(024)-371/2023 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda Şəxs haqqında Qax rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 29 oktyabr 2023-cü il tarixli MN 1894877/1036 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, həmin inzibati material məhkəmədə 3(024)-370/2023 nömrə ilə qeydiyyata alınmışdır. Şəxs barəsində olan hər iki inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən bir icraatda birləşdirilməklə həmin işlərə eyni vaxtda baxılması qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax rayonu Yol patrul xidməti inspektoru polis baş serjanti X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-ci il tarixdə saat 21:20 radələrində avtopatrul xidməti aparan Qax rayonu Qazmalar kəndi ərazisində “VAZ 2105” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilmiş və bu zaman onun hərəkətlərində sərxoşluq vəziyyətinin əlamətləri olduğu üçün alkotester vasitəsi ilə yoxlanılmışdır. Şəxs sərxoşluq müayinəsi zamanı sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkar edilmiş, barəsində protokol tərtib edilmişdir. Həmin vaxtı Şəxs onlarla mübahisə edərək onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Qax rayonu Qıpçaq kəndi ərazisində idarə etdiyi avtomobili YPX əməkdaşı tərəfindən saxlanılan zaman o Yol patrul xidməti inspektorunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, Şəxs barəsində 29 oktyabr 2023-cü il tarixli MN № 1894877/1036 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs islah olunması üçün cəzalandırılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-ci il tarixdə spirtli içki qəbul etmişdir. Həmin günü Qax rayonu Qıpçaq kəndi ərazisində etibarnamə olmadan babasına məxsus “VAZ 2105” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman YPX əməkdaşları tərəfindən saxla əmri verilmişdir. Həmin vaxtı polis əməkdaşları ilə mübahisə etmişdir. Əməlindən səmimi peşmandır. Söz verir ki, bir daha belə hərəkətə yol verməyəcəkdir. Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etməsini, arvadının hamilə olmasını və səmimi peşmançılığını nəzərə alıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş alkotester müayinəsinin nəticəsinə dair qəbzdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 334 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, inzibati tənbeh vermə haqqında protokol tərtib etmiş şəxslərin izahatları və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir-neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası daxilində təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 31.4-1, 40.0.1, 43, 84, 106, 114, 115, 117-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan təqdim olunduğu (alındığı) gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar