Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-372/2023 30.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin polis sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1970-ci ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Qıpçaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Qax rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Qax rayonu, Qıpçaq kəndində yerləşən məktəbin həyətində Zərərçəkmiş şəxs vurmaqla ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 11 radələrində Qax rayonu, Qıpçaq kəndində yerləşən məktəbin həyətində Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı vurmaqla ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Araşdırma nəticəsində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Qax RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Şəxs haqqında 27 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN 1894973/1032 saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində işlədiyi Qax rayonu, Qıpçaq kənd məktəbində iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı onlar sözlə mübahisə etmişlər. Mübahisə zamanı o Zərərçəkmiş şəxs ilə bir-birlərini qarşılıqlı olaraq vurmuşlar. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs onun iş yoldaşıdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Qax rayonu, Qıpçaq kənd məktəbində Nəhayət onunla mübahisə etmiş və əli ilə onu vurmuşdur. Şəxs ilə barışmır. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi təcrübi və tədris birliyinin verdiyi 246 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs olan xəsarətlər -bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddədə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İşdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bütün bunları nəzərə alaraq məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi sanksiyası daxilində inzibati qaydada cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 114, 115, 117-ci maddələrini rəhbər tutub, məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10(on) gün müddətinə Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-372/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-372/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver