Məhkəmə qərarları › İş №3(024)-378/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-378/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-378/2023 02.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayonu YPX inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə. Şəxs – FİN- xxxxxxx, xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 24, mənzil 26-da yaşayan. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələri ilə Azərbaycan Respublikası DİN Qax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə “MercedesBenz G55” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə edərək sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Ona görə də Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayonu YPX inspektoru polis baş serjantı X2 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün onun tərəfindən saxlanılmışdır. Həmin vaxt onun hərəkətlərində sərxoşluq əlamətləri olduğu üçün o həkim müayinəsinə aparılmışdır. Müayinə nəticəsində Şəxs narkotik vasitə (marixuana) qəbul edərək sərxoş vəziyyətdə avtomobil idarə etməsi aşkar edilmişdir. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qax şəhəri ərazisində “MercedesBenz G55” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman YPX-nin inspektoru ona saxla əmri vermiş və bu zaman onda sərxoşluq əlamətləri olduğu üçün həkimə aparılaraq sərxoşluq vəziyyəti yoxlanmışdır. Həmin vaxt yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hərəkətindən peşmandır. Məhkəmədən cərimə olunmasını, sürücülük hüququnun məhdudlaşdırılmamasını və birdə belə hərəkətlərə yol verməyəcəyini, cərimə olunacağı təqdirdə cərimə pulunu dərhal ödəyəcəyini göstərərək ona köməklik edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, özünün səmimi etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş İnvitro müalicə diaqnostika mərkəzinin verdiyi məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs sidiyində marixuana aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşman olmasıpnı işdə onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 53.0.2, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600(altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar