Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-379/2023 14.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhmədiyyə oğlunun, Zərərçəkmiş şəxs X1 iştirakı ilə. Şəxs Əhmədiyyə oğlu-FİN-xxxxxxx, xx.xx.1961-ci ildə Qax rayonu Qax İngiloy kəndində anadan olmuş, Qax rayonu Qax İngiloy kəndində qeydiyyatda olan və yaşayan, Onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs Əhmədiyyə oğlu xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Qax şəhəri, H.Əliyev prospektində özünə məxsus bir baş iribuynuzlu malı nəzarətsiz qoymuş və nəticədə qəflətən X1 idarə etdiyi “Audi 80” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxmış, nəticədə iribuynuzlu mal avtomaşına dəyərək həmin avtomaşının sahibinə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhmədiyyə oğlu izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə ona məxsus bir baş iribuynuzlu mal həyətin qapısı açıq qaldığından küçəyə çıxmışdır. O daha sonra malı axdarmış lakin tapmamışdır. Axşam saatlarında ona xəbər gəlmişdir ki, onun malını X1 idarə etdiyi “Audi 80” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşın vurmuşdur. Özünü təqsirli bilmir. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Qax şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Audi 80” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yola anidən yan tərəfdən iribuynuzlu qara rəngli mal çıxmış və nəticədə mal onun maşınına dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı maşınına 1970 manat maddi ziyan dəymişdir. O ona dəymiş ziyanın ödənilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhmədiyyə oğlunun Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Audi 80” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşına 1620 manat ehtiyyat hissələri və 350 manat xidmət xərci olmaqla, ümumilikdə 1970 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə Şəxs Əhmədiyyə oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əhmədiyyə oğlu Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,115,117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : Şəxs Əhmədiyyə oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100(bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-379/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-379/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver