Məhkəmə qərarları › İş №3(024)-380/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-380/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-380/2023 17.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs X2 iştirakı ilə. Şəxs-xx.xx.1983-cü ildə Qax rayonu Marsan kəndində anadan olmuş, evli, işsiz, Qax rayonu Marsan kəndində qeydiyyatda olan və yaşayan, FİN-xxxxxxx. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 31 oktyabr 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, həmin tarixdə Qax rayonu Marsan kəndi ərazisində mallarını otarmağa pararkən Qax rayonu Tasmalı kəndi istiqamətindən Marsan kəndi istiqamətinə hərəkət edən “Toyota RAV4 minik” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil heyvanı vurmuş və avtomobilin sürücüsü X4 maddi zərər vumuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin DYPBnin YPX inspektoru, polis serjantı X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü sbəbləri barədə məhkəməyə məlumat veməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Qax RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 31 oktyabr 2023-cü il tarixdə təsərrüfatında olan bir baş iribuynuzlu heyvanı Marsan kəndi ərazisində avtomobil yolu ilə otarmağa aparmışdır. Həmin vaxtı Tasmalı kəndində Marsan kəndi istiqamətinə hərəkət edən “Toyota RAV4 minik” markalı **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobil döngədən çıxaraq heyvanı vurmuşdur. Hadisə zamanı avtomobilə ziyan dəymişdir. Əməlindən peşmandır. Vurulmuş maddi ziyanı ödəmişdir. Məhkəmədən ona kömək edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, “Toyota RAV4 minik” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayonu Tasmalı kəndindən Marsan kəndi istiqamətində hərəkətdə olarkən qəflətən qarşısına iribuynuzlu heyvan çıxmış, malı vurmamaq üçün cəhd etsə də avtomobil heyvanı vurmuşdur. İribuynuzlu heyvanı yerindəcə kəsmişlər. Heyvanın sahibinin Şəxs olduğu müəyyən edilmişdir. Onun avtomobilinə isə ziyan dəymişdir. Şəxs ona dəyən zərəri ödəmişdir. Ondan şikayətçi deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmişdir. İşdə olan Azərbaycan Respublikası Avtomotoservis və Ticarət müəssəsinin verdiyi xx.xx.20213-cü il tarixli, 126 saylı aktdan görünür ki, “Toyota RAV4 minik” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 ümumilikdə 2890 manat maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun hərəkətindən səmimi peşman olması və ilk dəfə inzibati xəta törətməsini işdə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,115,117-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və yüz manat məbləğində inzibati cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar