Məhkəmə qərarları › İş №3(024)-388/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-388/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-388/2023 01.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin rəisi polis leytenantı X1 iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Qax şəhəri, H.Aslanov küçəsi, ev 10 a-da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Qax RPŞ-dən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Həmin protokolda göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafedə qumar oyununda iştirak etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin rəisi polis leytenantı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafedə qumar oyununda iştirak etmişdir. Bu səbəbdən X6 barəsində 15 noyabr 2023-cü il tarixdə MN № ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafedə olmuş dostları ilə domino oynamış, lakin qumar oynamamışdır. Belə ki, həmin vaxtı üzərində pul olmamışdır. O, özünü İXM-nin 525-ci maddəsi ilə təqsirli bilmədiyini göstərərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X7 ifadə verərək göstərdi ki, o X6 ilə xx.xx.2023cü il tarixdə Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafedə türk dominosu oynamışlar. Həmin vaxtı kafeyə polis əməkdaşı gəlmiş və onların qumar oynadıqlarını aşkar etmişdir. Həmin vaxtı Şəxs qumar oynamamış, sadəcə masada əyləşmişdir. Polis tərəfindən baxış keçirilən zaman qumar oynadıqları masanın üzərində olan türk dimonoları və pul akt tərtib edilərək götürülmüşdür. Məhkəmə iclasında şahidlər X3 və X6 şahid Elvin Şəriflinin ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından və şahidlərin ifadələrindən görünür ki, onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə material üzrə Şəxs əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1. inzibati xəta hadisəsi olmadıqda; 53.2. inzibati xəta tərkibi olmadıqda; 53.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Bütün bunları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə iş üzrə icrrata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nın 40.0.1,43, 53,84,106,114,115-117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərardan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar