Məhkəmə qərarları › İş №3(024)-389/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-389/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-389/2023 01.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin rəisi polis leytenantı X1 iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Qax rayonu, Qax-İngiloy kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafedə qumar oyununda iştirak etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin rəisi polis leytenantı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafedə qumar oyununda iştirak etmişdir. Bu səbəbdən X8 barəsində 15 noyabr 2023-cü il tarixdə MN № ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafedə X7 ilə domino oynamışlar. Polisin müsadirə etdiyi pul qumara görə qoyulan yox, içdikləri çayın pulu olmuşdur. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X9 ifadə verərək göstərdi ki, o X8, Şəxs, X3 xx.xx.2023-cü il tarixdə Qax şəhəri, Azərbaycan prospektində yerləşən kafedə türk dominosu ilə oyun oynamışlar. Həmin vaxtı kafeyə polis əməkdaşı gəlmiş və onların qumar oynadıqlarını aşkar etmişdir. Polis tərəfindən baxış keçirilən zaman oyun oynadıqları masanın üzərində olan türk dimonoları və içdikləri çaya görə masaya qoyulan pul akt tərtib edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid X3 və X4 Rəsulovun ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, qumar oyununda iştirak etmə, yəni qumar oynaması iş materialları və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə-oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və o, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası daxilində oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115 117-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 3000(üç min) manat inzibati cərimə edilsin. 5 manat məbləğində qumara qoyulmuş pul vəsaiti və oyun ləvazimatı olan 105 ədəd domino daşları və 2 ədəd daşların yığılması üçün istifadə edilən əşyalar müsadirə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar