Məhkəmə qərarları › İş №3(024)-398/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-398/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-398/2023 20.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1998-ci ildə Qax rayonu Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qax rayonu Almalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Qax rayonu Lələli kəndi ərazisində saxlanılan zaman üzərində bir ədəd kibrit qutusunun içərisində şıxsi istehlak miqdarında narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilmişdir. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasinda izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Qax rayonu Lələli kəndi ərazisində saxlanılan zaman üzərində bir ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarında qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilmişdir. Araşdırma nəticəsində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Qax RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Ona görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, o Qax rayonu Almalı kəndində yaşayır. 17 noyabr 2023-cü il tarixdə marixuana çəkmək istəmiş və Qax şəhər sakini tanışı Sahib adlı şəxsə zəng edərək ona marixuana təşkil etməsini xahiş etmişdir. Sahiblə Qax şəhərində yerləşən “Qax Store” mağazasının qarşısında görüşmüş və bir kibrit qutusunun içərisində olan marixuananı 70 manata almışdır. Həmin kibrit qutusunu əynindəki gödəkçənin cibində gizlətmişdir. 18 noyabr 2023-cü il tarixdə gecə saat 01 radələrində Lələli kəndində polis əməkdaşları onu saxlamış, onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinin inzibati binasında cibində gizlətdiyi qurudulmuş msarixuananı könüllü təqdim etmişdir. Hərəkətindən peşman olduğunu, məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün səmimi etirafı ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində “Şəxs götürülmüş narkotik vasitə marixuana.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi-4,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Qadaşov Sahib Babaş oğlundan şəxsi axtarışla götürülmüş narkotik vasitəyə bənzər kütlə." yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 0,27qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və hərəkətindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24.1, 40.0.1,43, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib üç yüz manat məbləğində inzibati cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar