Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-399/2023 04.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : İnzibati protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Qax şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Köz Təndir” sahibkarlıq obyektində açıq məkanda yayımlanan fasad reklamları barədə verilmiş yazılı göstərişin tələbləri vaxtında və tam yerinə yetirilməmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs Qax şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Köz Təndir” sahibkarlıq obyektində icazəsiz reklam yayımı ilə bağlı X6 İdarəsinin əməkdaşları xx.xx.2023-ci il tarixdə akt tərtib etmişlər. Həmin vaxtı orada 5 ədəd icazəsiz reklam yayımı ilə bağlı fakt aşkarlanaraq aktlaşdırılmış və X6 İdarəsinin icrası məcbur olan yazılı göstəriş verilmişdir. Həmin göstəriş, qoşmada Akt və İXM-nin 428.7.3-cü maddəsinin Çıxarışı poçt vasitəsi ilə Şəxs yaşadığı ünvana göndərilmişdir. Şifarişli poçt bildirişindən görünür ki, həmin sənədlər xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Bundan sonra 07 noyabr 2023-cü il tarixdə saat 14:38 radələrində o Şəxs mobil nömrəsinə zəng edərək icazəsiz reklamla bağlı qanunverilciyini tələbləri bir daha izah edilmişdir. Şəxs ona göndərilmiş sənədləri aldığını və noyabr ayının 10-a qədər xətanın nəticələrini aradan qaldırıacağını bildirmişdir. Şəxs hər hansı bir ödəniş etmək istəsə və yaxud sualı olarsa zəng etdiyi nömrə ilə əlaqə saxlaması tövsiyyə olunmuşdur. Məcburi göstəriş 07 noyabr 2023-cü ildə idarəyə daxil olmuş, həmin günü protokol tərtib etmək üçün vaxt olmamışdır. 07 noyabr sonuncu iş günü olmuş, növbəti iş günü 13 noyabr 2023-cü ildən başlamış, Şəxs noyabr ayının 10-da pozuntunu aradan qaldıracağını bildirmişdir. Həm də Şəxs 13 noyabr 2023-cü il tarixə kimi pozuntunu aradan qaldırması üçün kifayət qədər vaxtı olmuşdur. Şəxs pozuntunu aradan qaldırmayacağı təqdirdə barəsində inzibati xəta haqıqnda protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi və 1500 manatdan 2500 manatadək cərimə edilə biləcəyi izah olunmuşdur. 13 noyabr 2023-cü il tarixdə reklam idarəsinin əməkdaşları Qax şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Köz Təndir” sahibkarlıq obyektinə yaxınlaşdıqda icazəsiz reklam yayımının davam etdiyini müəyyən edərək barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib etmişlər. Protokol tərtib olunarkən Şəxs iştirak etməmişdir. İş üzrə fotoşəkillər maddi sübut kimi işə əlavə olunmuş, eyni zamanda telefonoqram və Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə sənədlər materiala əlavə olunmuşdur. Şəxs VÖENİ var, vəzifəli şəxsdir, İXM-nin 17-ci maddəsinin qeyd hissəsində göstərildiyi kimi fiziki şəxslər hüquqi şəxs yaratamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda vəzifəli şəxslərə bərabər hesab edilirlər. O, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o həmin obyekti təzəlikcə, yəni 19 sentyabr 2023-cü ildə açmış, az müddət işlətmişdir. “Köz Təndir” yazılan reklam 1 kvadrata çatmır, Reklam Agentliyinin əməkdaşı gələrək həmin reklamı digərləri ilə birlikdə hesablamış, reklama görə ödənişin altı aylıq 38 manata yaxın təşkil etdiyini bildirdi. O, həmin obyektdə çırpı və işləyən qadın olmadığı üçün bir az vaxt bağlı saxlamışdır. Obyekt bağlı olan zaman agentlikdən ona zəng gəlmiş, o isə vəziyyəti izah etmişdir. Həmin vaxtı reklam agentliyinin əməkdaşlarına obyekti təzə açdığını, bir-neçə ay gözləməsini, əgər işləyə bilsə ödəyə biləcəyini demişdir. Reklam agentliyi ilə reklmların kvadratı ölçülərək 6 ay müddətinə ayda təxminən 38 manat ödəməsi barədə müqavilə bağlayaraq imzalamışdır. Reklam agentliyinin əməkdaşları gəlib şəkil çəkərək sənədləşdirmə aparan zaman orada olmamışdır. 14 oktyabrda ona göndərilən məktub 24 oktyabrda ona çatmışdır. Həmin məktubda cərimə olunacağı barədə yazılmışdır. Obyekti yenidən 19 noyabrda açmışdır. Barəsində tərtib olunan protokolla razılaşmır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsinin məlumatından görünür ki, Şəxs VÖEN(**********) vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadır. İş materiallarında olan № 000214 saylı, xx.xx.2023-ci il tarixli “Akt”dan görünür ki, Şəxs tərəfindən Qax şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Köz Təndir” sahibkarlıq obyektində 0.45 m x 2.2 m x 1 ədəd=099 kv.m (fasad), 0.47 m x 2.2 m x 1 ədəd=089 kv.m (fasad), 0.75 m x 1.76 m x 1 ədəd=1.32 kv.m (fasad), 0.4 m x 0.7 m x 1 ədəd=0.28 kv.m (fasad), 0.2 m x 0.3 m x 2 ədəd=0.12 kv.m (fasad) ölçüdə reklamların müvafiq icazə sənədi olmadan yerləşdirilməsi və yayımlanması faktı aşkar edilmişdir. İş materiallarında olan “Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Yazılı Göstərişdən görünür ki, Şəxs № 000214 saylı, xx.xx.2023-cü il tarixli aktda qeyd olunan qanun pozuntularını 5 gün ərzində aradan qaldırılması tələb olunmuş, əks halda İXM-nin müvafiq maddəsi ilə barəsində tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs tərəfindən Qax şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən “Köz Təndir” sahibkarlıq obyektində 0.45 m x 2.2 m x 1 ədəd=099 kv.m (fasad), 0.47 m x 2.2 m x 1 ədəd=089 kv.m (fasad), 0.75 m x 1.76 m x 1 ədəd=1.32 kv.m (fasad), 0.4 m x 0.7 m x 1 ədəd=0.28 kv.m (fasad), 0.2 m x 0.3 m x 2 ədəd=0.12 kv.m (fasad) ölçüdə reklamların müvafiq icazə sənədi olmadan yerləşdirilməsi və yayımlanması faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nümayəndəsinin, protokol tərtib etmiş şəxsin izahatları və iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 428.7.3-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş halları istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin qeyd hissəsindən göründüyü kimi Şəxs vəzifəli şəxs hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar olunmamışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Musayev X2 Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan tərəfə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-399/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-399/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver