Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-409/2023 20.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3, İnzibati tənbeh vermə barədə qərarı tərtib edən şəxs Qax rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X1 iştirakı ilə. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 Qax rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X1 inzibati tənbeh vermə haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət ərizəsinə məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X1 inzibati tənbeh vermə haqqında xəta haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 şikayətində göstərmişdir ki, o Qax rayonu Şotavar kəndində yaşayır. Ona və ailə üzvülərinə Qax rayon X5 xx.xx.1998-ci il tarixli, 20 saylı qərarı ilə 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsində o ev tikmiş və həmin evdə yaşayır. Özü kənd təsərrüfatı ilə məşğul olur. Həmin həyətyanı torpaq sahəsində anbar tikir. Belə ki, həmin anbara fındıq-qoz, meyvə-tərəvəz yığmaq niyyətindədir. Əlavə olaraq qeyd edir ki, hazırda sürücü işləyir. Çox vaxt evdə olmur. xx.xx.2023cü il tarixdə ona poçt vasitəsi ilə məktub verilmişdir. Həmin məktubla ona məlum olmuşdur ki, barəsində inzibati icraat aparılmış və o Azətrbaycan Respublikasının İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 900 manat miqdarında çətimə edilmişdir. İnzibati xəta haqqında qərar Qax rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Dəyanət Əminov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Hesab edir ki, barəsində aparılmış inzibati icraat və çıxarılmış qərar əsassız və qanunsuzdur. İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən Müvafıq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə- fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır. Qeyd etdiyi kimi tikdiyi anbar öz şəxsi mülkiyyətindədir. Mülkiyyət hüququ Dövlət aktı ilə müəyyən edilir. O, fiziki şəxsdir. (İXM-nin 395.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün 900 manat cərimə nəzərdə tutulmamışdır). Bundan əlavə olaraq İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 395.1-ci maddəsinə baxmaq rayon Məhkəməsinin səllahiyyətindədir. Lakin hesab edir ki, rayon icra hakimiyyətinin hüquq şöbəsinin bu işə baxmaq səllahiyyəti yoxdur. Həmçinin barəsində icraat aparılarkən ona heç bir xəbərdarlıq edilməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X1 inzibati tənbeh vermə haqqında xəta haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X6 şikayətində göstərdiklərinə uyğun izahat verərək, məhkəmədən Qax rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X1 inzibati tənbeh vermə haqqında xəta haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qax rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X4 şikayət ərizəsində qeyd etdilənləri əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, X2 rayonu Qorağan kəndində yerləşən özünə məxsus həyətyanı torpaq sahəsində Müvafıq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan özbaşına qeyri-yaşayış sahəsi inşa etmişdir. Tikilinin sənədləşdirilməsi ilə bağlı Niuzami Babayevə tövsiyyə olunsa da, sənədləşdirməmişdir. Ona görə də, X6 barəsində tərəfindən xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar qəbul edilərək 900 manat inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar Nizami Babayevə rəsmi qaydada məlumat verilmiş, lakin iştirak etməmişdir. Məhkəmədən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan Qax rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X1 inzibati tənbeh vermə haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 900 (doqquz yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan Qax rayon İHB-nın Qorağan kənd İƏD-si üzrə nümayəndəsinin 15 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, X2 rayonu Şotavar kəndində yerləşən özünə məxsus həyətyanı torpaq sahəsində qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinə başlamış, nümayəndəlik tərəfindən dəfələrlə həmin obyektin sənədləşdirilməsi tövsiyyə olunmasına baxmayaraq məhəl qoymamışdır. İşə əlavə edilmiş JN-131A, KOD 40305028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Qax rayonu Qoraöan kəndində yerləışən 0.14 ha torpaq sahəsi X6, X8, X9, X10 və X7 ümumibirgə mülkiyyətinə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, X6 müvafıq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunduğu halda aidiyyatı qurumun icazəsi olmadan Qax rayonu Qorağan kəndində yerləşən mülkiyyətində olan həyətyanı torpaq sahəsində qeyri-yaşayış obyekti-anbar tikmişdir. Tikinti aparılan zaman aidiyyatı qurumun müvafiq icazənin alınması ilə bağlı tələblərinə məhəl qoymamış və tikilini davam etdirmişdir. Bu səbəbdən Qax rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X4 tərəfindən inzibati xəta haqqında işə baxılaraq onun tərəfindən Nizami Babayevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 900 (doqquz yüz) manat inzibati cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar qəbul edilmişdir. Nizami Babayev həmin qərardan şikayət verərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən üvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qanunun tələblərindən də göründüyü kimi, X3 əməlində tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa etməsi ilə bağlı əməlinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında işin faktiki halları və tərəflərin izahatları ilə X3 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektini inşa etməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetirildiyindən və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olduğundan inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X17 rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X1 inzibati tənbeh vermə haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130-134-cü maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: X3 şikayəti təmin edilməsin. Qax rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X1 inzibati tənbeh vermə haqqında MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-409/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-409/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver