Məhkəmə qərarları › İş №3(024)-41/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-41/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-41/2024 13.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. xx.xx.1978-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qax rayonu, Qaysarlı kəndində qeydiyyatda olan, FİN- xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi Vaz 21154 markalı, **- LF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhərindən Qax rayonu, Qaxbaş kəndi istiqamətində hərəkətdə olan zaman yolda anidən tormozlama edərək dönmə etmək istəyərkən bu zaman arxadan gələn nəqliyyat vasitəsi onun avtomaşınını sağ arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına müxtəlif bədən xəsarətləri vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan “material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan” görünür ki, Şəxs barəsində olan material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan “material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan” görünür ki, iş üzrə məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya elmi təcrübi və tədris birliyinin verdiyi rəylərə əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olan xəsarətlər, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini işdə onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 84, 106, 109, 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək üç yüz manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar