Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-416/2023 04.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Qax rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayev, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əsadullah oğlunun iştirakı ilə. Şəxs Əsadullah oğlu xx.xx.1963-cü ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Ləkit kəndində yaşayan.(FİN-2RR082E) Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Qax İPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıyev X1 Rayon Məhkəməsinin 3(024)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Əsadullah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında Qax rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Yaşar Mahayev izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 3(024)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs Əsadullah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə pulu müvafiq dövlət hesabına ödənilməli idi. İcra sənədinin icrası ilə əlaqədar olaraq Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədində göstərilən tələbin təmin olunması məqsədilə borclu Şəxs Əsadullah oğluna bildiriş göndərilmişdir. Lakin keçən müddət ərzində borclu tərəfindən icra sənədi üzrə 400 (beş yüz) manat məbləğində inzibati cərimənin ödənilməsi təmin edilməmişdir. Həmçinin borclunun əmlak vəziyyətinin və gəlirlərinin öyrənilməsi istiqamətində zəruri tədbirlər görülmüş və borcluya məxsus banklarda pul vəsaiti, tələbin yönəldiləsi əmlak və gəlirlər aşkar edilməmişdir. Beləliklə də, Şəxs Əsadullah oğlu heç bir üzrlü səbəb olmadan məhkəmə qərarını icra etməmişdir. Bu hərəkətləri ilə borclu Şəxs Əsadullah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən işə qanuni baxılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əsadullah oğlu məhkəmə iclasında maddi imkanının olmadığını, heç bir yerdə işləmədiyini əsas gətirərək məhkəmədən işə qanuni baxılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əsadullah oğlu bu hərəkəti ilə Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əsadullah oğlu Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni inzibati xətanın törədilməsinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi iş materialları ilə tam sübuta yetirilmişdir. xx.xx.2023-cü il tarixdə şöbəyə verdiyi izahatında icra sənədi icrası ilə əlaqədar icra məmurunun çağırışlarına imkan olmadığı üçün gələ bilmədiyini, hazırda işləmədiyini və işlə bağlı Qax rayon Məşğulluq Mərkəzinə müraciət etdiyini, lakin hər hansı iş təklifi olunmadığını bildirmişdir. Borclu icra sənədi üzrə inzibati cərimə məbləğini imkan olduqdann sonra ödəyə biləcəyini izahatda qeyd etmişdir. Məhkəmə inzibati xəta haqqında işə baxarkən işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əsadullah oğlu ilk dəfə inzibati xəta törətməsini işdə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əsadullah oğluna 160 (bir yüz altmış) saatdan 240 (iki yüz qırx) saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci (İctimai işlər) maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 156-1.1-ci (İnzibati tənbeh tətbiq etmə zamanı elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri) maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24.1, 40.0.1, 43, 53.0.2, 84, 106, 114 və 115-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əsadullah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2ci maddəsi ilə təqsirli bilinsin barəsində 160 (bir yüz altmış) saat müddətində ictimai işlər tənbehi növü tətbiq edilsin və Şəxs Əsadullah oğlunun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-416/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-416/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver