Məhkəmə qərarları › İş №3(024)-417/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-417/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-417/2023 05.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1980-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin rəisi kiçik ədliyyə müşaviri X3 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)-750 nömrəli, xx.xx.2017-ci il, 2(024)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-217/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Qax Rayon Notariat Kontorunin 8İ-5803 nömrəli, xx.xx.2023-cü il tarixli, Qax Rayon Məhkəməsinin 2(024)-730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqələrinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-750 nömrəli, xx.xx.2017-ci il tarixli İcra sənədinə əsasən borclu Şəxs 1354.92 manat əsas borc, 131.47 manat faiz borcu, 187.42 manat cərimə borcu, müqavilədə nəzədə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 manat, bildirişlərin göndərilməsi üçün poçt xərcləri 5.50 manat və həmçinin ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1701.31 manat məbləğində pul alınaraq kreditor “X7 Azərbaycan” QSC-yə verilməlidir. İcra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədinə əsasən borclu Şəxs xx.xx.2020-ci il tarixli ******* saylı müqaviləsinə əsasən, İMEİ kodu **********65411 X6 8T markalı telefon üçün 360.6 manat ödənilməmiş hissə, 36.4 manat cərimə. xx.xx.2020-ci il tarixli 20208064 saylı müqaviləyə əsasən, İMEİ kodu **********15201 X6 8markalı telefon üçün 298 manat ödənilməmiş hissə. 29 manat cərimə ümumilikdə 724 manat məbləğində borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-217/2022 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədinə əsasən Şəxs 100 manat dövlət dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Notariat Kontorunin 8İ-5803 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 147 manat məbləğində əsas borc və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qax Rayon Məhkəməsinin 2(024)-730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli İcra sənədi üzrə borclu Şəxs 1264.38 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Borcluya icra sənədləri üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş və qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin bütün bunlara baxmayaraq borclu tərəfindən keçən müddət ərzində tələbin icrası təmin olunmamışdır. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakının, banklarda pul vəsaitləri və ya başqa sərvətlərin olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borclunun adına hər hansı əmlak, banklarda pul vəsaiti və ya başqa sərvətlərin olmadığı müəyyən edilmişdir. Şöbəyə xx.xx.2023-cü il tarixdə verdiyi izahatında borclu Şəxs icra sənədləri üzrə qeyd olunan borcları tam ödəmək imkan olmadığını bildirmişdir. Qeyd olunan borcları ayda hissə hissə ödəyəbiləcəyini qeyd etmişdir. Növbəti dəfə xx.xx.2023-cü il tarixdə şöbəyə verdiyi izahatında borclu Şəxs hazırda sürücü işlədiyini bu işdə günə 10-15 manat qazancın olduğunu və qeyd olunan borcları gündəlik əldə etdiyi qazanc hesabına hissə hissə ödəyəcəyini bildirmişdir. Lakin keçən müddət ərzində borclu məhkəmə qərarını icrasını təmin etməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, icra sənədləri üzrə borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Ancaq söz verir ki, tezliklə tələbkarlara olan borclarını ödəyəcəkdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallaırnda olan Qax Rayon Məhkəməsinin 2(024)-750 nömrəli, xx.xx.2017-ci il tarixli İcra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs 1354.92 manat əsas borc, 131.47 manat faiz borcu, 187.42 manat cərimə borcu, müqavilədə nəzədə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 manat, bildirişlərin göndərilməsi üçün poçt xərcləri 5.50 manat və həmçinin ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1701.31 manat məbləğində pul alınaraq kreditor “X7 Azərbaycan” QSC-yə verilməlidir. İş materiallarında olan icra məmurunun xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs xx.xx.2020-ci il tarixli ******* saylı müqaviləsinə əsasən, İMEİ kodu **********65411 X6 8T markalı telefon üçün 360.6 manat ödənilməmiş hissə, 36.4 manat cərimə. xx.xx.2020-ci il tarixli 20208064 saylı müqviləyə əsasən, İMEİ kodu **********15201 X6 8markalı telefon üçün 298 manat ödənilməmiş hissə. 29 manat cərimə ümumilikdə 724 manat məbləğində borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 217/2022 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədinin təsdiq olunmuş surətindən görünür ki, Şəxs 100 manat dövlət dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. İş materiallarında olan İcra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan Qax Rayon Notariat Kontorunin 8İ-5803 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs 147 manat məbləğində əsas borc və 25 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-730/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs 1264.38 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərarın təsdiq olunmuş surətindən görünür ki, borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və digər mötəbər sübutlar ilə məhkəmə iclasında təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün şəxsin həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməsi göstərilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini nəzərə alaraq onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada cərimə edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 114, 115-117-ci maddələrini rəhbər tutub məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500(beş yüz) manat inzibati cərimə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar