Məhkəmə qərarları › İş №3(024)-423/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-423/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-423/2023 20.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Qax şəhəri İmam Mustafayev küçəsi ilə saatda 60 km sürətlə hərəkətdə olarkən yolun sol hərəkət hissəsində klinikanın qarşısında dayanmış Erkut X2 idarə etdiyi “Porche Cayenne” markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, hadisə nəticəsində Erkut Poyraz X1 zərərvurmayan bədən xəsarətləri almışldır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Eltun Hacılı və zərərçəkmiş şəxs Erkut X5 məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Qax RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Eltun Hacılı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxs Erkut X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 11 noyabr 2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “VAZ 21213” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri İmam Mustafayev küçəsi ilə saatda 60 km sürətlə hərəkətdə olarkən yolun sol hərəkət hissəsində klinikanın qarşısında dayanmış “Porche Cayenne” markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Həmin vaxtı avtomobilin sürücüsü Erkut X5 xəsarət almışdır. Hərəkətindən səmiim peşmandır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. İşdə olan 01 dekabr 2023-cü il tarixli 188 nömrəli ekspert rəyindən görünür ki, Erkut X3 sağ budun hematoması, sağ əlində və sol aşağı ətrafın bayır topuq nahiyyəsində sıyrıqlar xəsarəti müəyyən edilmiş və həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir. 11 noyabr 2023-cü il tarixdə xəsarətlərin törədilməsi mümkün olmaqla dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aiddir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində olan HK-1/643 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətləri olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti aidiyyəti üzrə BDYPİ-nə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini işdə onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək üç yüz manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar