Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-431/2023 20.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakları ilə. xx.xx.1967-ci ildə Qax rayonu Çinarlı kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, Qax şəhəri, X7 küçəsi ev 131-də qeydiyyatda olan, FİN-xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 12 dekabr 2023-ci il tarixli MN 1866793/1362 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qonşusu Zərərçəkmiş şəxs həyətində olarkən taxta ilə Zərərçəkmiş şəxs məxsus olan 15 manat dəyərində pəncərənin şüşəsini sındıraraq 15 manat ziyan vurmaqla əmlakı qəsdən məhv etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qonşusu Zərərçəkmiş şəxs həyətində olarkən taxta ilə Zərərçəkmiş şəxs məxsus olan 15 manat dəyərində pəncərənin şüşəsini sındıraraq 15 manat ziyan vurmaqla əmlakı qəsdən məhv etmişdir. Hadisə ilə bağlı Qax RPŞ-ni istintaq qrupunda araşdırma aparılmış, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün Qax RPŞ-nin İTB-nə göndərilmişdir. Bundan sonra Hədiyyə Canmirzəyevə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs onun qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində onun evinin həyətinə gələrək ona məxsus olan 15 manat dəyərində pəncərənin şüşəsini sındırmışdır. Nəticədə ona 15 manat maddi ziyan dəymişdir. Şəxs hazırda ona dəyən maddi ziyanı ödəyərək onunla barışmışdır. Şəxs onunla barışmasını nəzərə alaraq onun barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, zərərçəkmiş şəxs X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ilə barışmış və məhkəməyə bu barədə ərizə təqdim etmiş, zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmiş və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və Zərərçəkmiş şəxs vurulmuş ziyan tamamilə ödənildiyindən onun barəsində Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 12 dekabr 2023-ci il tarixli MN 1866793/1362 saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş 12 dekabr 2023-ci il tarixli MN 1866793/1362 saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-431/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-431/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver