Məhkəmə qərarları › İş №3(024)-433/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-433/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-433/2023 15.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Ehsanov Kənan Nərman oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X5 və onun qanuni nümayəndəsi (anası) X1 inzibati xəta haqqında protokol tərtib edən şəxs Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 iştirakları ilə. xx.xx.1980-ci ildə Qax rayonu Tasmalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qax rayonu Tasmalı kəndində qeydiyyatda olan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Qax rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 15 dekabr 2023-cü il tarixli MN 1866648/1379 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə Qax rayonu Tasmalı kəndində yerləşən evində X6 döyərək ona fiziki ağrı yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Qax rayonu Tasmalı kəndində arvadı X2 ilə mübahisə etmiş, həmin vaxtı Gülnarın oğlu Əkbər Həsənli araya girdiyi üçün onu yüngülcə itələmişdir. X8 üzr istəmiş və onunla barışmışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs Əkbər Həsənlidən üzr istəməsini və zərərçəkmiş şəxsin onunla barışmasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edərək göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi (anası) X1 iştirakı ilə dindirilən zərərçəkmiş şəxs X9 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Qax rayonu Tasmalı kəndində anası Gülnarla Şəxs mabahisə etmiş, həmin vaxtı Şəxs onu yüngülcə itələmişdir. Hal-hazırda Şəxs ondan üzr istəmiş, onlar barışmışlar. Şəxs ilə barışmasını, onun təqsirindən keçdiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Onların barışmalarını nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X9 barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X9 məhkəməyə ərizələr təqdim edərək barışmışlar və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X9 barışdığından onun barəsində Qax RPŞ-nin İTBnin sahə rəisi, polis kapitanı X4 tərəfindən 15 dekabr 2023-cü il tarixli MN 1866648/1379 saylı protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən 15 dekabr 2023-cü il tarixli MN 1866648/1379 saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar