Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-436/2023 27.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 05 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, "xxxx" MMC 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditinin aparılmasını təmin etməmişdir. Qeyd edilən material üzrə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirlyinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirlyinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir. Onlar gözləmişlər ki, 2023-cü il tamam olsun, 2024-cü ilin yanvar ayına qədər tam yoxlama getsin. Yəni 8 ay, 9 ay olmasın, tam bir il tamam olsun. 2024-cü ilin yanvar ayının 7-də gəlib yoxlama aparması barədə auditnən də danışmışlar. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan bildirişdən görünür ki, ünvan 1i ünvanında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 05 dekabr 2023-cü il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı və Təşkilatının 2021-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin mövcud olduğu təqdirdə həmin rəyin yuxarıda qeyd olunan tarixədək aşağıda göstərilən emailə göndərməsi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirici və ağırlaşdırıcı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və o, Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası daxilində inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115 117-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinib, 1500(bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-436/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-436/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver