Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-437/2023 19.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin polis sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs – xx.xx.2002-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Zaqatala şəhəri, Yeni qəsəbədə yaşayan, FİN- xxxxxxx Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə üzərində 0.30 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin polis sahə rəisi, X2 məhkəmə iclasinda izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat Qax RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmış və Qax RPŞyə aparılaraq vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Həmin vaxt Şəxs üzərindən 0.30 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Ona görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qax rayon polis əməkdaşları onu şübhəli şəxs qismində saxlamış və PŞ-nə aparmışdır. Orada üzərinə baxış keçirilən zaman onün üzərində olan qurudulmuş marixuananı qanunsuz olaraq saxladığı aşkar edilmişdir. Hərəkətindən səmimi peşman olmasını, vətən müharibəsi iştirakçısı olmasını və bir də belə hərəkətlərə yol verməyəcəyini göstərərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün səmimi etirafı ilə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, vətən müharibəsi iştirakçısı olmasını və əməlindən səmimi peşman olmasını işdə onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmədə işə baxılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 17/859 saylı məhkəmə ekspertiza mərkəzinin Şəki regional bölməsinin ekspert rəyinə əsasən Şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəksi- 0.30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 84, 106, 109, 114, 115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-437/2023
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-437/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver