Məhkəmə qərarları › İş №3(024)-447/2023

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-447/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-447/2023 28.12.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Qax rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X1 iştirakı ilə. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Qax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Qax rayon prokurorluğu tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş Qax rayon prokuroru X4 22 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarında göstərilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələrində qeyd edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəblərinə dair məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Qax rayon prokurorunun köməkçisi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru X5 “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq ünvan 1 ünvanında yerləşən “X9” adlı özəl tibb müəssisəsində USM həkimi (radioloq) vəzifəsində çalışan X2 həmin vəzifənin icra edilməsi üçün qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçmədən praktik tibb fəaliyyətinə buraxdığına, eləcə də, Məhsəti Səfərova ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sonuncunu Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlara əsasən, , Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir, , Şəxs MMC tərəfindən Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs MMC tərəfindən ilk dəfə inzibati xətanı törətməsini işdə onun məsuliyyətini yüngülləşdirici hal kimi nəzərər alır. Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir-neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40.0.1, 43, 84, 106, 109, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs MMC (VÖEN **********) Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar