Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-47/2024 06.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. FİN-xxxxxxx, xx.xx.1989-cu ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Qax rayonu, Almalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən Şəxs barəsində, Qax rayon Məhkəməsinin 2(024)- 394/2020 nömrəli, xx.xx.2020-ci tarixli, Qax rayon Məhkəməsinin 2(024)- 620/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Nəsimi rayon Məhkəməsi 1(006)-242/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqələrinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)- 394/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 387 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-620/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 04 dekabr 2019-cu il tarixli müqaviləsi üzrə ödənilməmiş qalan 401.70 manat məbləğində əsas borcun, 120.50 manat faiz borcunun və 30 manat dövlət rüsumunun, cəmi 552.20 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-242/2021 nömrəli, xx.xx.2021ci il tarixli icar sənədinə əsasən cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 manat Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası hesabına köçürülməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Borcluya icra sənədləri üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş və qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin bütün bunlara baxmayaraq borclu tərəfindən keçən müddət ərzində tələbin icrası təmin olunmamışdır. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakının, banklarda pul vəsaitləri və ya başqa sərvətlərin olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borclunun adına hər hansı əmlak, banklarda pul vəsaiti və ya başqa sərvətlərin olmadığı müəyyən edilmişdir. Növbəti dövurdə borclu Şəxs Qax Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi üçün çağırış göndərilmiş, borclu çağırışa gəlməməsi səbəbindən barəsində “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilərək göndərilmiş, gəlməsi üçün müddət müəyyən edilmişdir. Qax Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 8(024)-21/2024 saylı qərardadı ilə borclu Şəxs Qax Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında təqdimatı təmin edilmiş, Qax Rayon Məhkəməsinin 8(024)- 21/2023 nömrəli, 08 fevral 2024-cü il tarixi qərardadı icra olunması üçün Qax rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Şəxs 06 mart 2024-cü il tarixdə Qax rayon polis şöbəsi tərəfindən Qax rayon icra və probasiya şöbəsinə gətirilməsi təmin edilmiş, borcludan izahat alınmış, icra vərəqəsinin icrası ondan tələb edilmiş, yaranacaq məsuliyyətlər izah edilmişdir. Borlunun şöbəyə xx.xx.2024-cü il tarixdə verdiyi izahatında icra sənədləri üzrə qeyd olunan borcları tam ödəmək imkanı olmadığını və qeyd olunan borcları işlədikdən sonar hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax rayon Məhkəməsinin 2(024)-394/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ondan 387 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə, Qax rayon Məhkəməsinin 2(024)- 620/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə ondan 04 dekabr 2019cu il tarixli müqaviləsi üzrə ödənilməmiş qalan 401.70 manat məbləğində əsas borcu, 120.50 manat faiz borcu və 30 manat dövlət rüsumu, cəmi 552.20 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-242/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icar sənədinə əsasən cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası hesabına ödənilməlidir. Hazırda həmin icra sənədləri üzrə tələbkarlara olan borcunu maddi imkanı və işi olmadığı üçün ödəyə bilməmişdir. Göstərdiklərini nəzərə alaraq ona köməklik edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada həbs tətbiq edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114,115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona on gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı xx.xx.2024cü il tarixdən saat 16:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-47/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-47/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver