Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-49/2024 07.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X5, Qax RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. FİN-xxxxxxx, xx xxxxx 1991-ci ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli subay, işləməyən, Qax şəhəri,Vaqif küçəsi, ev 11-də qeydiyyatda olan Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci və Qax RPŞ tərəfindən İXM-nin 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru kiçik ədliyyə müşaviri X14 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)-93 saylı xx.xx.2016-cı il, 2(024)-513/2021 saylı xx.xx.2021-ci il, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1104 nömrəli xx.xx.2021-ci il, Qax Rayon Məhkəməsinin 2(024)-355 saylı xx.xx.2014-cü il, Qax rayon Məhkəməsinin 2(024)-137/2019 nömrəli, xx.xx.2019-cu il, Qax Rayon Məhkəməsinin 2(024)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqələrinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülki axtarışda olan zaman sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə onun evində olması barədə məlumat əsasında yaşadığı ünvana gedən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Qax RPŞ-nin İTBnin polis sahə rəisi polis kapitanı X15 tərəfindən xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 528.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X13 məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-93 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 70 manat, cəmi 140 manat miqdarında aliment alınaraq tələbkar X10 verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmalıdır. İcra sənədi üzrə xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1104 nömrəli, xx.xx.2021-ci il tarixl icra sənədi üzrə borclu Şəxs və X3 cəmi 2458 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-355 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 380 manat məbləğində pul tutularaq tələbkar X7 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-513/2021 nömrəli, xx.xx.2021-cı icra sənədi üzrə borclu Şəxsndna cəmi 420 manat tutularaq tələbkar X11 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax rayon Məhkəməsinin 2(024)-137/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs və X2 cəmi 2463.79 ABŞ dollar və 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Qax Rayon Məhkəməsinin 2(024)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 300 manat pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. Borcluya icra sənədləri üzrə aliment və digər borcların ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş və qanunvericiliyə müvafiq daşıdığı məsuliyyət izah olunmuşdur. Lakin bütün bunlara baxmayaraq borclu tərəfindən keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası təmin olunmamışdır. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakının, banklarda pul vəsaitləri və ya başqa sərvətlərin olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borclunun adına hər hansı əmlak, banklarda pul vəsaiti və ya başqa sərvətlərin olmadığı müəyyən edilmişdir. Növbəti dövrdə görülmüş icra tədbirləri nəticəsində borclunun qeydiyyatda olduğu yerdə yaşamadığı müəyyən edildiyindən, onun yeri məlum olmadığından barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilərək yenidən Qax rayon polis şöbəsinə göndərilmiş, borcluya 28 aprel 2023-cü il tarixdə, 480096 saylı axtarış işi açılmışdır. Borclu Şəxs 07 mart 2024-cü il tarixdə Qax rayon polis şöbəsi tərəfindən Qax rayon icra və probasiya şöbəsinə gətirilməsi təmin edilmiş, borcludan izahat alınmış, icra vərəqəsinin icrası ondan tələb edilmiş, yaranacaq məsuliyyətlər izah edilmişdir. Şöbəyə verdiyi izahatında borclu Şəxs hal hazırda icra sənədi üzrə qeyd olunmuş cəmi 12867 manat aliment borcunu və digər icra vərəqəsi üzrə borcları hissə hissə ödəyə biləcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs qanuni cəza verilməsini xahiş etdi. İnzibati protokolu tərtib etmiş şəxs Qax RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X15 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il tarixdə Şəxs yaşadığı evdə olması barədə məlumat əsasında onun yaşadığı ünvana getmişlər. Şəxs polis şöbəsinə dəvət edən zaman o buna etiraz etmiş və qaçıb gizlənmək istəmişdir. Qaçmaq istəyən zaman Şəxs yıxılmış və əl və ayaq hərəkətləri ilə onlara müqavimət göstərmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin icra sənədləri üzrə tələbkarlara olan borclarını maddi imkanı olmadığı üçün ödəyə bilmir. Belə ki, hazırda heç bir yerdə işləmir. Tələbkarlara olan borclarını hissə-hissə ödəyə bilər. O, ünvan 2 ünvanında qeydiyyatda olsa da, Qax şəhəri, Səməd Vurğun küçəsində yerləşən yataqxanada qalır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələn zaman sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxtı polisdən gizlənmək məqsədi ilə qaçmışdır. Hərəkətlərindən səmimi peşmandır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-93 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs xx.xx.2013-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 70 manat, cəmi 140 manat miqdarında aliment alınaraq tələbkar X10 verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2016-cı il tarixdən hesablanmalıdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1104 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs və X3 cəmi 2458 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-355 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinnin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs cəmi 380 manat məbləğində pul tutularaq tələbkar X7 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə icraata başlamaq haqqında qərardan görünür ki, borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-513/2021 nömrəli, xx.xx.2021-ci icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxsndna cəmi 420 manat tutularaq tələbkar X11 ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərardan görünür ki, borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan Qax rayon Məhkəməsinin 2(024)-137/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs və X2 cəmi 2463.79 ABŞ dollar və 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərardan görünür ki, borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-330/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin təsdiq olunmuş surətindən görünür ki, borclu Şəxs 300 manat pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərardan görünür ki, tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İş materiallaırnda olan icra məmuru tərəfindən borcluya ünvanlanan xəbərdarlıqlardan görünür ki, Şəxs müvafiq icra sənədlərini icra etməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan icra məmurunun çağırış vərəqələrindən görünür ki, borclu Şəxs icra sənədlərinin icrası ilə bağlı Qax rayon İcra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. İş materiallarında olan icra məmurunun müxtəlif tarixlərdə qəbul olunmuş tarixli “borclunun axtarılması haqqında” qərarlardan görünür ki, Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan alkotester müayinəsinin nəticələrini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədən zaman sərxoş vəziyyətdə olmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Şəxs icra məmurunun çağırışlarına məhəl qoymamış, Qax rayon İcra və probasiya Şöbəsinə axtarışla gətirilmişdir Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir-neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə bütün bunları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası daxilində inzibati qaydada həbs tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34.3 40.0.1, 43, 84, 106, 114,115, 117, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona bir ay müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı xx.xx.2024cü il tarixdən saat 12:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olnuduğu vaxtdan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-49/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-49/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver