Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-50/2024 07.03.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi, Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1986-cı ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİİ qrup əlil, orta təhsilli, evli, Qax şəhəri, İ.Mustafayev küçəsi 150, mənzil 5-də yaşayan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evin qarşısında sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xuliqanlıq hərəkətləri etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Qax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində “102 qaynarxətt”inə zəng edərək özünü yandıracağını bildirmiş, daha sonra hadisə yerinə gedən polis əməkdaşları onun yaşadığı evin qarşısında sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan xuliqanlıq hərəkətləri etmişdir. Daha sonra Şəxs polis əməkdaşları tərəfindən Qax rayon Polis Şöbəsinə dəvət edilmiş və onun barəsində raport tərtib edilərək şöbə rəhbərliyinə təqdim edilmişdir. Araşdırma nəticəsində Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN 2076173/236 saylı protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə spritli içki qəbul etmişdir. Sərxoş olduğu üçün o etdiklərini xatırlamadığını, hərəkətindən peşman olduğunu və birdə belə hərəkətlərə yol verməyəcəyini bildirdi. Cərimə olunacağı təqdirdə dərhal cəriməni ödəyəcəkdir. Məhkəmədən köməklik edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və Qax RPŞ-nin polis sahə rəisinin izahatları ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmədə işə baxılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən “Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası daxilində təqsirli bilinib həmin maddənin sanksiyası daxilində inzibati qaydada cərimə olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115, 117-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50(əlli) manat məbləğində cərimə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-50/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-50/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver