Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-55/2024 06.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Şəxs–xx.xx.1995-ci ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qax rayonu, Qaxbaş kəndində qeydiyyatda olan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs barəsində tərtib etdilmiş MN № 2076246/254 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, onun, xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazəsi olmadan mülki silahı saxlaması və daşıması qaydalarını pozması halı aşkar edilmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə materiallar tədbir görülməsi üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşə baxılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və həmin maddənin sanksiyasına uyğun olaraq qoşalülə 16 çaplı, E 25413 nömrəli, yivsiz ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğdə inzibati qaydada cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 109, 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə, qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib qoşalülə 16 çaplı, E 25413 nömrəli, yivsiz ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10(on) gün müddətinə Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protest verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-55/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-55/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver