Məhkəmə qərarları › İş №3(024)-56/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-56/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-56/2024 06.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin İlisu X4n sahə müfəttişi X2 iştirakı ilə. Şəxs–xx.xx.1995-ci ildə Qax rayonu Qaxbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qax rayonu, Qaxbaş kəndində qeydiyyatda olan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs barəsində tərtib etdilmiş MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə qoruq ərazisində mühafizə rejimini ciddi şəkildə pozmaqla, 8 saylı dolayın ərazisində ova cəhd etmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə materiallar tədbir görülməsi üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin İlisu X4n sahə müfəttişi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə X6 Qoruğunda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazəsi olmadan üzərində gəzdirdiyi qoşalülə 16 çaplı, E 25413 nömrəli, yivsiz ov tüfəngi ilə saxlanılmışdır. O saxlanılan zaman qoruğa ov etmək üçün gəldiyini bildirmişdir. Lakin onun hər hansı ov etməsi aşkar edilməmişdir. Ərazidə akt tərtib edilərək ov silahı ondan götürülmüş və aidiyyəti üzrə qax RPŞ-yə təhvil verilmişdir. Həmçinin Şəxs barəsində qoruq ərazisində mühafizə rejiminin ciddi şəkildə pozmaqla, 8 saylı dolayın ərazisində ova cəhd etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən - Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin İlisu X4n sahə müfəttişi X3 tərəfindən araşdırma aparılarkən Şəxs xx.xx.2024-cü il tarixdə X6 Qoruğunda mühafizə rejiminin ciddi şəkildə pozmaqla, 8 saylı dolayın ərazisində üzərində gəzdirdiyi qoşalülə 16 çaplı, E 25413 nömrəli, yivsiz ov tüfəngi ilə qanunsuz ova cəhd etməklə ov qaydalarını pozması aşkar edilmişdir. Lakin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ov etmə faktının olub-olmamasını, yəni ov silahından istifadə edilib-edilməməsini, ovlanmış ov obyektinin olub olmamasını, ərazinin ov üçün qadağan olunmuş ərazi olubolmamasını və ya araşdırılması zəruri olan digər məsələləri aydınlaşdırmadan əsaslandırılmamış nəticəyə gələrək Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs İlisu X4 ərazisində ov tüfəngi ilə saxlanılması onun ov qaydalarını pozması kimi qiymətləndirilə bilməz. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə Şəxs ov qaydalarını pozmasını təsdiq edə biləcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin İlisu X4n sahə müfəttişi X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsassız hesab edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 53.1.2, 84, 106, 109, 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi sübuta yetmədiyindən və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin İlisu X4n sahə müfəttişi X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu əsassız hesab edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10(on) gün müddətinə Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar