Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-72/2024 08.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə. xx.xx.1984-cü ildə Qax rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, Qax rayonu, Əmircan kəndində yaşayan, FİN- xxxxxxx Onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Qax rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 2076253/277 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus bir baş xırdabuynuzlu qoyun və bir baş quzunu təpiklə vuraraq öldürmüş, nəticədə Zərərçəkmiş şəxs 300 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun barəsində tərtib edilmiş protokol üzrə o özünü təqsirli bilmir. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu qoyun və quzunu vurmamışdır. Zərərçəkmiş şəxs ona şər atır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində ona məxsus bir baş xırdabuynuzlu qoyun və bir baş quzunu əvvəl təpiklə və sonra ağacla vuraraq öldürmüş. Bu səbəbdən o polisə zəng edərək şikayət etmişdir. O, xırdabuynuzlu heyvanlarının Şəxs tərəfindən öldürüldüyün və ona 300 manat maddi ziyan dəydiyini, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirərək, Şəxs barəsində tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Qax rayon İstehsal-İstehlak Kooperativinin verdiyi aktdan görünür ki, 13 kq olan erkək quzunun və 40 kq olan qoyunun orta bazar qiyməti 300 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən “Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir.”. Məhkəmə qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 109, 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində yəni 300 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10(on) gün müddətinə Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №3(024)-72/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-72/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver