Məhkəmə qərarları › İş №3(024)-73/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-73/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-73/2024 01.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. FİN- xxxxxxx, xx.xx.1989-cu ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Qax rayonu, Qıpçaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən Şəxs barəsində, Qax Rayon Məhkəməsinin 2(024)- 479/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra edilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qax rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X4 izahat verərək bildirdi ki, Qax Rayon Məhkəməsinin 2(024)- 479/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2011-ci ildə doğulmuş X5 və xx.xx.2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat miqdarında aliment müvəqqəti tutularaq tələbkar X2 verilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün qanunda nəzərdə tutulmuş müddətdə vaxt verilmişdir. İcra sənədi üzrə borclu xx.xx.2024-cü il tarixədə Qax rayon İcra və Probasiya şöbəsinə izahat verərək xx.xx.2023-cü il tarixə yaranmış 900 manat aliment borcunun aliment pulundan hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin keçən müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakının, banklarda pul vəsaitləri və ya başqa sərvətlərin olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borclunun adına hər hansı əmlak, banklarda pul vəsaiti və ya başqa sərvətlərin olmadığı müəyyən edilmişdir. Növbəti dövurdə borclu Şəxs Qax Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi üçün çağırış göndərilmiş, borclu çağırışa gəlməməsi səbəbindən onun ünvanda yaşıyıb yaşamaması araşdırılmış borclunun icra vərəqəsi üzrə qeyd olunan ünvanda yaşamadığı müyyən olunduğundan barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilərək Qax rayon Polis Şöbəsinə göndərilmiş və barəsində (Aİ 480164) saylı axtarş işi açılmışdır. Borclu Şəxs 01 aprel 2024-cü il tarixdə Qax rayon polis şöbəsi tərəfindən Qax rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin edilmiş, borcludan izahat alınmış, icra vərəqəsinin icrası ondan tələb edilmiş, yaranacaq məsuliyyətlər izah edilmişdir. Borclunun şöbəyə xx.xx.2024-cü il tarixdə verdiyi izahatında alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarından məlumatının olduğunu, Rusiya Federasiyasına getdiyini atası tərəfindən tələbkara qəbzlə 580 manat aliment pulunun ödənildiyini və hal-hazırda yaranmış 1820 manat aliment borcunun tam şəkildə ödəmək imkanının olmadığını bildirmiş, yaranmış aliment borcunun ödənilməsindən boyun qaçırmadığını, qeyd olunan borcu işlədikdən sonra ödəyəcəyini izahatında göstərmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Şəxs qanuni cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 2(024)-479/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2011-ci ildə doğulmuş X5 və xx.xx.2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat miqdarında aliment müvəqqəti tutularaq tələbkar X2 verilməlidir. Hazırda həmin icra sənədi üzrə tələbkara olan 1820 manat aliment borcunu maddi imkanı və işi olmadığı üçün ödəyə bilmir. O, aliment borcunu hər ay aliment pulundan əlavə olmaqla hissə-hissə ödəyə biləcəyini göstərərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və icra məmurunun izahatları ilə məhkəmə iclasında təsdiq edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən “Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada həbs tətbiq edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 84, 106, 114,115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona on gün müddətə inzibati həbs tənbeh növü tədbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli Şəxs məhkəmə zalından həbsə alındığı xx.xx.2024cü il tarixdən saat 12:47-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar