Məhkəmə qərarları › İş №3(024)-75/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-75/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-75/2024 15.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X1 V tağım YPX-nin inspektoru polis baş serjantı X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati tənbeh vermə haqqında Qərardan şikayət vermiş şəxs X3 V tağım YPX-nin inspektoru polis serjantı X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, qərardan şikayət vermiş şəxs X3 və inzibati tənbeh vermə haqqında qərarı qəbul edən şəxs V tağım YPX-nin inspektoru polis serjantı X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə qərardan şikayət vermiş şəxs X3 və inzibati tənbeh vermə haqqında qərarı qəbul edən şəxs V tağım YPX-nin inspektoru polis serjantı X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayətində göstərmişdir ki, o Qax rayonundan Şəki rayonu istiqamətində ötmə əməliyyatını düz yerinə yetirməsinə baxmayaraq Yol Polisi əməkdaşı X5 onu heç bir səbəb olmadan saxlayaraq nişanlanma xəttini pozduğunu bildirmişdir. O həmin əməkdaşa etiraz etdiyini bildirsə də, görüntü göstərməsini tələb etsə də, o görüntü göstərmədən protokol tərtib etmişdir. xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan razı deyildir. Həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan V tağım YPX-nin inspektoru polis baş serjantı X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, X3 şikayətində Qax rayonundan Şəki rayonu istiqamətində ötmə əməliyyatını düz yerinə yetirməsini göstərsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə də X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işin faktiki halları işdə olan sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X1 şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134.1.1, 136, 137-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şikayət təmin edilməsin. V tağım YPX-nin inspektoru polis baş serjantı X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qaziyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar