Məhkəmə qərarları › İş №3(024)-76/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-76/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-76/2024 05.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə. Şəxs–xx.xx.1994-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri, E.Məmmədov küçəsi, mənzil 81-də qeydiyyatda olan, FİN- xxxxxxx Onun barəsində Azərbaycan Respublikası DİN Qax RPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Qax şəhəri, H.Əliyev prospektində yerləşən “Gözəllik salonu”nun qarşısında Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik edən xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasinda izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Qax şəhəri, H.Əliyev prospektində yerləşən “Gözəllik salonu”nun qarşısında sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik edən xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Qax şəhəri, H.Əliyev prospektində yerləşən “Gözəllik salonu”nun qarşısına getmiş, orada həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Zərərçəkmiş şəxs söyməmiş, sadəcə sözlə mübahisə etmişdir. Hərəkətindən peşman olduğunu bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Qax şəhəri, H.Əliyev prospektində yerləşən “Gözəllik salonu”nun qarşısında Şəxs onu nalayiq sözlərlə təhqir etmiş, onunla mübahisə etmiş və əlindəki telfonu onun əlindən almışdır. Şəxs cəza verilməsini xahiş etdi. Şəxs bu hərəkəti özünün qismən etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası daxilində təqsirli bilinib inzibati cərimə tənbeh növünün tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115, 117, 128-130-cu maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 100 manat məbləğində inzibati cərimə tənbeh növü tədbiq edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar