Məhkəmə qərarları › İş №3(024)-8/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-8/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-8/2024 30.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun, Məsləhətçi (iclas katibi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. xx.xx.1994-cü ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Çeşməli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, FİN-xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şəxs barəsində tərtib etdilmiş İXP № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş protokol üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə materilallar tədbir görülməsi üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmə qərar qəbul edənədək yəni xx.xx.2024-cü il tarixədək İXP-5544733 saylı inzibati xəta haqqında iş üzrə protokolda göstərilmiş cərimə pulunu ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni inzibati xətanın törədilməsinə görə cərimə 150 manat, peniya 90 manat cəmi 240 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi, həmçinin məhkəmə qərar qəbul edənədək yəni xx.xx.2024-cü il tarixədək cəriməni ödəməsi (qəbz nömrə **********) iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 53.0.2, 84, 106, 114 və 115-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında material üzrə məhkəmə qərar qəbul edənədək cəriməni ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10(on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar