Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-81/2024 16.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Qax rayon İcra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Sənan Qaliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. Şəxs xx.xx.1986-cı ildə Qax rayonu İlisu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, Qax rayonu, Qax-İngiloy kəndində yaşayan.(FİN-xxxxxxx) Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Qax İPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qax Rayon Məhkəməsinin 3(024)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında Qax rayon İcra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Sənan Qaliyev izahat verərək göstərdi ki, Qax Rayon Məhkəməsinin 3(024)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə pulu müvafiq dövlət hesabına ödənilməli idi. İcra sənədinin icrası ilə əlaqədar olaraq Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədində göstərilən tələbin təmin olunması məqsədilə borclu Şəxs bildiriş göndərilmişdir. Lakin keçən müddət ərzində borclu tərəfindən icra sənədi üzrə 3000 (üç min) manat məbləğində inzibati cərimənin ödənilməsi təmin edilməmişdir. Həmçinin borclunun əmlak vəziyyətinin və gəlirlərinin öyrənilməsi istiqamətində zəruri tədbirlər görülmüş və borcluya məxsus banklarda pul vəsaiti, tələbin yönəldiləsi əmlak və gəlirlər aşkar edilməmişdir. Beləliklə də, Şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə qərarını icra etməmişdir. Bu hərəkətləri ilə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən işə qanuni baxılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında maddi imkanının olmadığını, heç bir yerdə işləmədiyini əsas gətirərək məhkəmədən işə qanuni baxılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni inzibati xətanın törədilməsinə görə 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi iş materialları ilə tam sübuta yetirilmişdir. xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə şöbəyə verdiyi izahatında icra sənədi icrası ilə əlaqədar icra məmurunun çağırışlarına imkan olmadığı üçün gələ bilmədiyini, hazırda işləmədiyini və qeyd olunan cəriməni ödəmək imkanın olmadığını izahatda qeyd etmişdir. Məhkəmə inzibati xəta haqqında işə baxarkən işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini işdə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 160 (bir yüz altmış) saatdan 240 (iki yüz qırx) saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci (İctimai işlər) maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 156-1.1-ci (İnzibati tənbeh tətbiq etmə zamanı elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri) maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24.1, 40.0.1, 43, 53.0.2, 84, 106, 114 və 115-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinsin barəsində 200 (iki yüz) saat müddətində ictimai işlər tənbehi növü tətbiq edilsin və Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-81/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-81/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver