Məhkəmə qərarları › İş №3(024)-82/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-82/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-82/2024 16.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Volodyayevnanın, Zərərşəkmiş şəxs X1 iştirakı ilə. Şəxs Volodyayevna–xx.xx.1963-cü ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qax şəhəri, Y.İmrə küçəsi, ev 36-da qeydiyyatda olan, FİN- xxxxxxx Onun barəsində Azərbaycan Respublikası DİN Qax RPŞ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şəxs Volodyayevna xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində X3 nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik edən xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Volodyayevna Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasinda izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Volodyayevna xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Qax şəhəri, Y.İmrə küçəsində yerləşən yaşayış binasının həyətində X3 nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik edən xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona görə də tərəfindən Şəxs Volodyayevna barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Volodyayevnanın barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Volodyayevna məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Qax şəhəri, Y.İmrə küçəsində yerləşən yaşayış evinin qarşısında qonşusu Könül Məmmədova ilə aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Könül Məmmədovanı söyməmiş, sadəcə sözlə mübahisə etmişdir. Ona şər atırlar. Məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Zərərşəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Qax şəhəri, Y.İmrə küçəsində yerləşən yaşayış binasının həyətində Şəxs Volodyayevna onu nalayiq sözlərlə təhqir etmiş, onunla mübahisə etmiş və həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Şəxs Volodyayevnaya cəza verilməsini xahiş etdi. Şəxs Volodyayevnanın bu hərəkəti özünün qismən etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Volodyayevnanın ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs Volodyayevnanın məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Volodyayevnana Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası daxilində təqsirli bilinib inzibati cərimə tənbeh növünün tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43,84,106,114,115, 117, 128-130-cu maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs Volodyayevna Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 50 manat məbləğində inzibati cərimə tənbeh növü tədbiq edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Volodyayevna və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan 10(on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar