Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-83/2024 01.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. Zərərçəkmiş şəxs iştirakı ilə. Şəxs–xx.xx.1963-cü ildə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qax şəhəri, Y.İmrə küçəsi, ev 36-da qeydiyyatda olan, FİN- xxxxxxx Onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tələblərini pozması barədə onun barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəblərinə dair məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs onun qonşusudur. Şəxs onunla və digər qonşuları ilə daim ədavət içərisindədir. Onun **-BD-*** dövlət nömrə nişanlı Ford Transit markalı avtomaşını var. O həmişə avtomaşını evinin qarşısında küçədə saxlamışdır. xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə onun avtomobilini kimsə küt alətlə cızaraq ona maddi ziyan vurmuşdur. Daha sonra o qonşuluqdakı evdə quraşdırılmış təhlükəsizlik kamerasına baxış keçirən zaman onun avtomobilini cızan şəxsin Şəxs olduğunu görmüşdür. Bu hərəkəti ilə Şəxs ona ümumilikdə 270 manat maddi ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikası avtomotoservis və ticarət müəssisəsinin verdiyi xx.xx.2024-cü il tarixli aktda 600 manat məbləğində ziyan müəyyən edilsə də faktiki olaraq ona 270 manat ziyan dəymişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası avtomotoservis və ticarət müəssisəsinin verdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, **-BD-*** dövlət nömrə nişanlı Ford Transit markalı avtomaşına ehtiyyat hissələri və xidmət xərci olmaqla, ümumilikdə 600 manat ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən “Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir.”. Bütün bunları nəzərə alaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi sanksiyası daxilində inzibati qaydada cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 84, 106, 109, 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində yəni 270 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10(on) gün müddətinə Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-83/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-83/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver