Məhkəmə qərarları › İş №3(024)-92/2024

Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-92/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-92/2024 20.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, X1 və Zərərçəkmiş şəxs iştirakları ilə. xx.xx.1960-cı ildə Qax rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, subay Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, YAT/NA EV 1B-də qeydiyyatda olmaqla, Qax şəhəri 28 may küçəsində yaşayan, FİN-xxxxxxx X4 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Qax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 15 aprel 2024-cü il tarixli MN 2076297/335 saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə bacısı qızı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zəmnində Zərərçəkmiş şəxs məxsus məişət əşyalarını sındıraraq 1045 manat ziyan vurmaqla əmlakı qəsdən məhv etmişdir. Qeyd edilən material üzrə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Qax Rayon Polis Şöbəsi tərəfindən Qax Rayon Məhkəməsinə göndərilmişdir. X1 vasitəsi ilə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, hazırda Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ödəmiş və onunla barışmışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, X7 onun xalasıdır. xx.xx.2024-cü il tarixdə Mənzərlə aralarında münaqişə yaranmışdır. Həmin vaxtı Mənzər ona məxsus əşyaları sındırmışdır. X6 dəymiş maddi ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək göstərdiklərini əks etdirən ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 və Zərərçəkmiş şəxs ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və onunla barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 ilə barışmış və məhkəməyə bu barədə ərizə təqdim etmiş, zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmiş və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Zərərçəkmiş şəxs ilə barışdığından və Zərərçəkmiş şəxs vurulmuş ziyan tamamilə ödənildiyindən onun barəsində Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli MN 2076297/335 saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməli və o inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 15 aprel 2024-cü il tarixli MN 2076297/335 saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar