Azərbaycan Respublikası adından QƏRAR Qax rayonu İş № 3(024)-95/2024 24.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib edən şəxslər Qax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 və Qax RPŞ-nin DYPB-nin YPX-inspektoru, polis baş serjantı X4 iştirakları ilə. Şəxs –FİN xxxxxxx, xx.xx.1991-ci ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Qax rayonu, Əlibəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 510-cu maddləri ilə Qax RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-ci il tarixdə saat 18:40 radələrində “VAZ 21061” makalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili Qax şəhərində idarə edən Qax RPŞ-nin BDYPB-nin YPX-nin inspektoru tərəfindən saxlanılmış, həmin vaxt onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan spirtli içki qəbul edərək sərxoş vəziyyətdə avtomobili idarə etməsi aşkarlanmışdır. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Qax şəhəri, H.Əliyev prospektində ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci və 510cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin DYPB-nin YPX-inspektoru, polis baş serjantı X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində “VAZ 21061” makalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili Qax şəhəri ərazisində idarə edən zaman dönmə işığından istifadə etmədiyi üçün onun tərəfindən saxlanılmışdır. Saxlanılan zaman Şəxs spirtli içki qəbul edərək, sürücülük hüququ olmadan sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi aşkar olunmuşdur. Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qax RPŞ-nin sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Qax şəhəri, H.Əliyev prospektində ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona görə də tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində “VAZ 21061” makalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhəri ərazisində hərəkətdə olarkən YPX-nin inspektoru tərəfindən saxlanılmışdır. Həmin vaxtı onun sərxoş olması aşkar edilmişdir. O sürücülük hüququndan məhrum edilmişdir. Eyni zamanda da o sərxoş olduğu üçün küçədə ünvansız söyüşlər söymüşdür. Hərəkətindən səmimi peşman olmasını, bir də belə hərəkətlərə yol verməyəcəyini göstərərək məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 334.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi özünün səmimi etirafı və iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan alkotesterin nəticələrinə dair xx.xx.2024-cü il tarixli alkotester müayinəsinin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs inzibati xəta törədən zaman alkoqolun miqdarı 1.334 % promil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh təyin edərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini işdə onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur”. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1 və 510-cu maddələri ilə təqsirli bilinib ona İXM-nin 334.1-ci maddəsi ilə inzibati həbs tənbeh növünün tədbiq edilməsi qanunauyğundur. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.02024-cü il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. Şəxs inzibati qaydada tutulmasının əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 18:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 106,114,115,117,128-130-cu maddələrini rəhbər tutub məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu 23 aprel 2024-cü il tarixdən saat 18:45-dən hesablansın. Qərarın surəti inzibati xəta törətmiş şəxs Şəxs və Qax rayon Polis Şöbəsinə təqdim edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN Qax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №3(024)-95/2024
Qax Rayon Məhkəməsi Qərar — İş №3(024)-95/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver