Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-1/2024 03.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, Qəbələ rayonu, Şəfili kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol ( xx.xx.2024-cü il tarixli MN 0471270) tərtib edilmişdir ki, o, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1080/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə 4555.72 (dörd min beş yüz əlli beş manat yetmiş iki qəpik) manat məbləğində maddi ziyanı ödəməsi barədə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən yerinə yetirməmişdir. Şəxs izahatında göstərmişdir ki, tələbkar Zərərçəkmiş şəxs xeyrinə 4555.72 manat ödəməsi barədə Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1080/2022 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. O Gədəbəy rayonunda yerləşən AR MN N saylı hərbi hissədə kapitan rütbəsində xidmətdə olmuş və 2016-cı ilin “Aprel döyüşü”ndə iştirak etmişdir. Zərərçəkmiş şəxs da həmin hərbi hissədə xidmət etmiş və aralarında yaxşı münasibətlər yaranmışdır. 2014-cü ildə o, Zərərçəkmiş şəxs adına "xxxx" ASC-nin Gədəbəy filialından 8000,0 manat kredit götürmüş və Zərərçəkmiş şəxs 600,0 manat verərək aylıq ödənişləri öz üzərinə götürmüşdür. Lakin 2016-cı ildə həbs edilmiş və ödəmələri apara bilmədiyindən kreditin qaytarılması Zərərçəkmiş şəxs tərəfindən həyata keçirilmişdir. 2020-ci ildə həbsdən azad edildikdən sonra ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Şəfili kəndində yaşamış və günəmuzd fəhlə işləyərək ailənin ən zəruri ehtiyaclarını ödəmişdir. Himayəsində biri xəstə olmaqla iki nəfər azyaşlı uşağı vardır və ailə üzvləri ilə birlikdə heç bir kommunal şəraiti olmayan evdə yaşayır. Onun qiymətli əmlakı və başqa gəlirləri yoxdur. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1080/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini tələbkar Zərərçəkmiş şəxs ayda 50,0 manat ödəməklə icra edə bilər. Ona görə də, borcunun ayda 50,0 manat hesabı ilə hissəhissə ödənilməsinə şərait yaradılmasını xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1080/2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 4555.72 (dörd min beş yüz əlli beş manat yetmiş iki qəpik) manat məbləğində maddi ziyan alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-1080/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. . İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci 5.12.2022-ci il tarixli e288508/2022-11-5-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1080/2022-ci il tarixli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli e288508/2022-11-5-005 nömrəli xəbərdarlığın surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1080/2022-ci il tarixli icra sənədi üzrə tələbi xx.xx.2023-cü il tarixədək könüllü qaydada təmin etməsi tələb olunmuş və əks təqdirdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət daşıması barədə məlumatlandırılmışdır. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e288508/2022-11-5-005 nömrəli xəbərdarlığın surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-1080/2022-ci il tarixli icra sənədi üzrə tələbi dərhal könüllü qaydada təmin etməsi tələb olunmuş və əks təqdirdə AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət daşıması barədə məlumatlandırılmışdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən 19 iyul 2023-cü il tarixli, 288508/5 nömrəli arayışdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1080/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən heç bir ödəniş olmamışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 iyun 2024-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-1/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-1/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver