Məhkəmə qərarları › İş №3(025)-10/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-10/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-10/2025 13.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1994-cü il mayın 05-də Qəbələ rayonu Aydınqışlaq kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Aydınqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə 13 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4 tərəfindən Şəxs barədə tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda qeyd edilir ki, Qəbələ rayon Aydınqışlaq kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitədən istifadə etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 11 yanvar 2025-ci il tarixli “şəxsin şübhəli şəxs statusundan çıxarılması, barəsində cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və müəvvəqəti saxlama yerindən azad edilməsi” barədə qərarı icra olunması üçün onun icraatına daxil olmuşdur. Həmin qərarda Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi məqsədi ilə qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilməsi göstərilmişdir. Həmin qərardan da görünür ki, Şəxs narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş rəydə də, bu fakt öz təsdqini tapmışdır. Belə olub Şəxs barəsində tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, Şirin adlı şəxsi təxminən 2 il müddətdir ki, tanıyır və tanışlıqları bir yerdə işlədiyi zamandan yaranmışdır. O, əvvəllər narkotik vasitənin qurudulmuş marixuana növündən bir neçə dəfə istifadə etmiş və dostu Şirinin onun üçün istifadə etməyi məqsədi ilə narkotik vasitə tapa biləcəyini bildiyi üçün xx.xx.2025-ci il tarixdə saat təqribən 11-12 radələrində Şirinin mobil nömrəsinə zəng vuraraq ondan narkotik vasitə olub-olmamasını soruşmuş, o isə cavab olaraq narkotik vasitənin olduğunu bildirmişdir. Hansı ki, o, xx.xx.2025-cü il tarixdə də Şirinin öz adına olan nömrəsini bilməsə də, Kapital banka aid kart hesabına 30 (otuz) manat pul göndərərək ondan Qəbələ şəhərində 2 bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almış və həmin bükümlərdən birini istifadə etmiş, digər bükümü isə bu gün əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. O, Şirinlə mobil telefonda sonuncunun ona narkotik vasitə satacağına dair razılıq əldə etdikdən sonra onunla Qəbələ şəhərində keçmiş uşaq xəstəxanasının arxa tərəfində avtoyuma məntəqəsinin qarşısında görüşmüş və Şirinə 50 (əlli) manatlıq pul əskinazı vermiş və sonuncu da bir qədər yaxınlıqda idarə edən şəxsini tanımasa da Vaz 2107 markalı, **-VV-*** nömrə nişanlı avtomobilə əyləşib orada məzmununu bilməsə də, söhbət apardıqdan sonra ona 5 (beş) ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. O, Şirindən 5 bükümdə narkotik vasitəni aldıqdan sonra həmin bükümləri əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq Qəbələ şəhərində yerləşən Zərifə Əliyeva adına parka daxil olmuş və orada olduğu zaman ona tanımadığı polis əməkdaşları yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirərək üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, o isə könüllü şəkildə üzərindəki cins şalvarının sol yan cibinə qoyaraq daşıdığı 1 (bir) ədəd bükümdəki və eləcə də şalvarının sağ yan cibinə qoyaraq gəzdirdiyi 5 (beş) ədəd bükümdəki narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş və həmin bükümlər polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 5 ədəd bükümlərin çəkiləri 0.32 qram, 0.36 qram, 0.28 qram, 0.28 qram və 0.27 qram təşkil etmiş, sol cibindəki tək bükümün çəkisi isə 0.26 qram təşkil etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Şəxs narkotik vasitədən istifadə etdiyi və üzərində gəzdirdiyi məlum olmuşdur. Belə olub Şəxs əməliyyat tədbiri zamanı saxlanılmış, üzərindən, yəni şalvarın sağ yan cibindən 5 (beş) ədəd qurğuşun kağız bükümdə 0,32 qram, 0,36 qram, 0,28 qram, 0,28 qram və 0,27 qram yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil Şəxs əməlindən peşman olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: İşdə olan Qəbələ RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 11 yanvar 2025-ci il tarixli “şəxsin şübhəli şəxs statusundan çıxarılması, barəsində cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və müəvvəqəti saxlama yerindən azad edilməsi” barədə qərarından görünür ki, Şəxs saxlanıldığı Qəbələ RPŞ-nin MSY-dən dərhal azad edilməklə şübhəli şəxs statusundan çıxarılması, Şəxs barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi məqsədi ilə qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilməsi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16 /2-17/16 saylı rəyindən görünür ki, Şəxs aşkar edilərək götürülmüş bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır və təmiz çəkisi 0.98 qram təşkil edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 11 yanvar 2025-ci il tarixli, 44 nömrəli rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. İşdə olan 11 yanvar 2025-ci il tarixli, 116/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs məxsus sidikdə marixuana aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən nzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4-cü maddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5-ci maddəsinə əsasən Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.6-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. 37.7-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 37.8-ci maddəsinə əsasən İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin izahatını, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həbs növündə inzibati təhbeh tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 11 yanvar 2025-ci il tarixli, 44 nömrəli rəy nəzərə alınmaqla, Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalı, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, cəzasını çəkib qutardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunmalı, Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli, qərarın icrası narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində ixtisaslaşdırılmış tibb müəssisəsinə və məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 yanvar 2025-ci il saat 10:50-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəzasını çəkib qutardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunsun. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində ixtisaslaşdırılmış tibb müəssisəsinə və məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar